Ramiz Mehdiyevin nəvəsinin toy qalmaqalı İTV-də

Pandemiya dövründə AMEA prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin Bakıda keçirilən təntənəli toy mərasimi ölkə gündəmini zəbt edib. 

Etmtv. news Publika.az-a istinadən xəbər verir ki, toyla bağlı İctimai TV-də süjet yayımlanıb.

Qeyd olunur ki, bir neçə gündür görüntüləri yayılan toy mərasimi sabiq deputat İlham Əliyevin qızı üçün təşkil edilib.

Mərasimin keçmiş deputatın Novxanıdakı bağ evində keçirildiyi vurğulanıb.

Toyda keçmiş və indiki millət vəkilləri, o cümlədən bəzi dövlət məmurları iştirak ediblər.

Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev AMEA prezidenti, akademik Ramiz Mehdiyevin kürəkənidir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.