Ərazi bütövlüyü beynəlxaq hüququn əsas prinsipidir. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymaraq təxribatlarını, əsassız iddialarını, sərsəm bəyanatlarını davam edirməklə himayədarlarından aldığı maddi və mənəvi dəstəyi arxalanaraq işğalçılıq siyasətlərini davam etdirmək niyyətlərindən əl çəkmək istəmədilər. Azərbaycan bu illər ərzində münaqişənin sülh yolu ilə həll olunması üçün bütün vasitələrdən istifadə etdi və bu illər ərzində dünyadan bu münaqişənin həllinə ədalətli yanaşma gözlədi. Təəssüflər olsun ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmədi, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadı. Azərbaycan isə 30 ilə yaxın bu qətnamələrin icrasını gözlədi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumunun qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı və Ali Baş Komandan İlham Əliyev əks-hücüm əmri verdi. Ordumuz 30 il ərzində işğalçı erməni ordusunun qurduğu keçilməz istehkamları aşaraq, 44 gün ərzində işğal altında olan ərazilərimizin böyük əksəriyyətini azad etdi və üçrəngli bayrağımızı Şuşa qalasından asdı. Beləliklə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etdi. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın edildi. Ermənistan hökuməti sulhə məcbur edildi və 2020-ci il noyabrın 10 – da kapitulyasiya aktını imzaladı. Tarixi Azərbaycan torpaqları olan Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atilmadan işğalçılardan təmizləndi. Beləliklə, ölkə başçısının dediyi kimi Ermənistan– Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sona çatdı, münaqişə tarixə qovuşdu.
Diplomatiya müstəvisində uğur qazanan Azərbaycanın güclü, qüdrətli ordusu qələbə çaldı və tarixi torpaqlarımızı öz əzəli sahiblərinə qaytardı. Aprelin 26-da Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındakı çıxışında qeyd etdiyi kimi indi Azərbaycan dövlətinin və xalqının qarşısında duran əsas məsələ daşı daş üstündə qalmayan, erməni vandalları tərəfindən yerlə yeksan edilən, viran qoyulan kəndlərimizi, qəsəbələrimizi, şəhər və rayonlarımızı yenidən bərpa etmək, onlara yeni həyat verməkdir. Artıq bu quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin bəyan etdiyi kimi Qarabağın hər qarışı yenidən dirçəldiləcəkdir. Adətən müharibələr bu cür sənədlərin imzalanması ilə başa çatır və belə hüquqi anlaşmalar gələcək dövr üçün hər bir tərəfin ortaya qoymalı olduğu davranışları, qalib tərəfin diktələri, məğlub tərəfin yerinə yetirməli olduğu şərtləri təsbit edir. Artıq bəyanatın şərtlərinə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə keçib.
Lakin son vaxtlar Ermənistan tərəfindən kapitulyasiya bəyanatının ruhuna zidd olan bəzi hərəkətlərə yol verilib. Belə ki, Fransadan bir heyətin, Ermənistanın Xarici İşlər nazirinin Dağlıq Qarabağa səfərləri tamamilə qanunsuzdur və təxribatçılıqdan başqa bir şey deyil. Prezident İlham Əliyev müşavirədə bununla bağlı xəbərdarlığını edərək dedi: “Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq”.
Xatırladaq ki, İlham Əliyev Vətən müharibəsindən əvvəl də Ermənistana xəbərdarlıq etmiş, işğalçı dövləti təcavüzkar siyasətdən və təxribatlardan əl çəkməyə çağırmışdı.
Ülvi Rufullayev,
Masallı rayon Banbaşı kəndi.