Rəcəb Tayyib Ərdoğan: “Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik”

“Türkiyə regionda davamlı sülhün və normal münasibətlərin qurulmasının tərəfdarıdır”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib. 

“Bu coğrafiyadan keçəcək avtomobil və dəmiryolu xətləri sadəcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün də iqtisadi-ticari imkanlar yaradacaq. Gün gələcək Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik”, – Türkiyə prezidenti vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini də açıqlayıb.

“Sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Yaxşı qonşuluq əlaqələrinin təməlini də bu anlayış yaradır. Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etmə yönündə səmimi bir iradə sərgiləməsi lazımdır. Azərbaycanla səmimi bir iradə ortaya qoyacağı təqdirdə Türkiyənin Ermənistanla olan əlaqələrinin də normallaşmasının qarşısında heç bir əngəl qalmayacaq”, – deyə dövlət başçısı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.