Qubadlının işğaldan azad edilməsindən 1 il ötür

Bu gün Qubadlı şəhərinin azad olunmasından bir il ötür.

Etmtv.news xəbər verir ki, ötən ilin 27 sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatının 29-cu günündə müzəffər Azərbaycan Ordusu şiddətli döyüşlər nəticəsində Qubadlı şəhərini düşmən işğalından azad edib. Bununla da 28 illik işğal başa çatıb.

2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyev 5867 hərbi qulluqçunu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif etdi. Təltif edilənlərin 4-ü general-mayor, 39-u polkovnik, 1 nəfəri isə 1-ci dərəcəli kapitandır.

Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını 2020-ci il 23 dekabr tarixində ucaldıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.