“Qızdırmalı şagirdlərin imtahana buraxılmaması haqsızlıqdır” – Ekspert

“Dövlət İmtahan Mərkəzinin pandemiya ilə əlaqədar həyata keçirdiyi qabaqlayıcı addımları təqdir edilməlidir. Ancaq imtahan günü qızdırması olanların imtahan keçirilən binalara buraxılmaması şagirdlərə qarşı haqsızlıqdır”.

Bunu Lent. az-a təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, imtahan iştirakçılarının sağlamlığı və təhlükəsizliyi baxımından bu addımlar anlaşılan olsa da, mövcud vəziyyətdə bu qaydaların şagird və abituriyentlər arasında panika yaradacağı ehtimalı da nəzərə alınmalıdır: “Şəxsən öz adıma koronavirus səbəbilə abituriyentlərin imtahanlara buraxılmaması və ya nəticələrinin ləğv edilməsinin düzgün olmadığını düşünürəm. Nəzərə almaq lazımdır ki, mart ayının 3-dən tədris prosesi dayanıb, şagirdlər ciddi karantin rejimində yaşayıblar. Onları da anlamaq lazımdır. Ən azından əlavə otaq ayırmqla bu məsələni həll etmək olardı”.

K.Əsədov imtahan verəcək şagirdlərə çağırış edib: “Şagirdlərə imtahan günü günün altında çox dayanmamağı, imtahana gələrkən əlavə soyuq su gətirmələrini və imtahan binasına daxil olanda əl-üzlərini yumağı tövsiyə edirəm. Bu səbəblə onların taleyi ilə oynamaq və sentyabra saxlamaq haqsızlıqdır. İndiyə qədər keçirilən imtahanlarda 60 mindən çox şagird iştirak etsə də, 30-a yaxın şagird hərarəti olması səbəbindən imtahana buraxılmayıb. Sayın azlığını nəzərə alsaq, DİM ayrıca otaq təşkil etməklə həmin şagirdlərə şərait yarada bilər.
Şagirdlərə səbrli olmağı, sanitar- epidimoloji qaydalara əməl etməyi tövsiyə edirəm. Əgər hansısa şagird bu səbəbdən imtahandan kənarlaşdırılırs, təkrar DİM-ə ərizə ilə müraciət edib, ona növbəti imtahanlarda iştirak etmək üçün şərait yaradılmasını tələb edə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.