Qazi mayor Hüseyn Dadaşovun Şuşaya qədər gedən döyüş yolu

Şanlı qələbəmiz Azərbaycan Ordusunun ötən illər ərzində hansı səviyyədə yenidən qurulduğunu, hansı potensiala sahib olduğunu bir daha nümayiş etdirdi. Biz kifayət qədər hərbi təcrübəyə sahib əsgər və zabitlərimizin rəşadəti sayəsində 44 günlük Vətən Müharibəsini qələbə ilə yekunlaşdırmağı bacardıq. Bu gün, gedən döyüşlər zamanı yaralanan və qazi mərtəbəsinə yüksələn mayor Hüseyn Dadaşovu tanıyacağıq.
Erməni silahlı qüvvələri yeməyib-içməyib torpaqlarımızı işğal altında saxladığı müddətdə daim çətin keçilən istehkamlar qurmuşdu ki, ordumuzun qarşısını kəssin. Ancaq bacarmadı.
Açıq sahədə düşmənin raket zərbəsi nəticəsində yaralanan qazimiz Hüseyn Dadaşov həmin anları bir daha xatırladı, aldığı kontusiyalardan danışdı.
44 günlük Vətən Müharibəmizdə Azərbaycan zabiti öz əsgərlərinə “irəli” əmrini vermədi, arxamca söylədi, zabitlər əsgərlərlə çiyin-çiyinə verib qəhrəmancasına döyüşdülər.
Qazimiz söyləyir ki, erməni əsgərləri Azərbaycan Ordusu ilə üz-üzə gələndə heç vaxt açıq döyüşə girməyə cəsarət etmirdilər.
Hər kəsə məlumdur ki, Ali Baş Komandan İlham Əliyevin müharibə gedən ərəfələrdə əsgərlərimizi ruhlandıran çıxışları qələbəmizi şərtləndirən amillərdən oldu. Elə qazimiz də bu məqamı xüsusi vurğuladı.
Biz qalib ölkənin qalib vətəndaşları olaraq bizə qalibiyyəti yaşadanları tanıtmağa davam edəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.