“Qarabağın tarixi–mədəni irsi” respublika elmi konfransına məqalə qəbul olunur

Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə noyabr ayında keçiriləcək “Qarabağın tarixi–mədəni irsi” respublika elmi konfransına məqalə qəbulu davam edir.

Konfrans ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təşkil olunacaq.

Muzeydən bildirilib ki, konfransda iştirak etmək üçün məruzələr iyunun 1- dək nargiz.aliyeva.52@mail.ru və behmen_76@mail.ru e-poçt ünvanlarına göndərilməlidir.

Konfrans Qarabağın maddi-mənəvi irsi və muzeylər, Qarabağın abidələri və görkəmli ziyalıları, Qarabağ irsinin muzey kolleksiyalarında təbliği məsələləri, Qarabağda müasir dövrdə aparılan mədəni quruculuq işləri mövzularını əhatə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.