Azərbaycan xalqı tarixinin ən şanlı səlnaməsini yaşayır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. İşğal olunmuş torpaqlaımız əsgər və zabitlərimizin canı, qanı bahasına azad olundu. Azərbaycan Ordusunun şanlı zəfərindən, mərdliyindən, şücaətindən yazmaq qürur vericidir. 30 il ayrı düşdüyümüz ərazilərimizin iqtisadi potensialından yazmaq və regionun tarixi – mədəni əhəmiyyəti barədə qeyd etmək ölçüyə gəlməzdir.
Yuxarı Qarabağ və işğal edilmiş ətraf rayonlarımız tarixi – mədəni dəyəri, füsunkar təbiəti ilə yanaşı yeraltı və yerüstü sərvətlərə, zəngin iqtisadi potensiala, geniş turizm imkanlarına malikdir. Ermənistanın talançılıq siyasəti nəticəsində regionun infrastrukturu yox səviyyəsindədir. İşğal nəticəsində minlərlə hektar əkinə yararlı ərazi hərbi tullantılarla çirkləndirilmişdir. Azərbaycan iqtisadiyyatına və dünya geofonduna milyardlarla ziyan vurulmuşdur.
Ümumi meşə sahələrinə, meşə təsərrüffatına ciddi ziyan dəymişdir. Hazırda işğaldan azad edilmiş ərazilərdə müxtəlif xidmət sahələri üzrə bərpa prossesi gedir. Qarabağ iqtisadi zonasının potensialı çox spektrli olub, kənd təsərrüfatının, sənayenin və turizmin müxtəlif sahələrini əhatə edir. Bu ərazilərdə üzümçülük, tütünçülük, pambıqçılıq, meyvə- tərəvəz, bostançılıq və heyvandarlğın inkişafı üçün böyük potensial vardır.
Füzuli, Ağdam işğaldan əvvəl pambıq, taxıl, üzüm istehsalına görə o dövrdə ölkədə aparıcı rayonlar olmuşdur. Cəbrayıl, Qubadlı, Zəngilan üzümçülük rayonları, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan heyvandarlığı inkişafına görə seçilirdi. Qarabağ bölgəi müxtəlif efir yağı, aromatik və dərman bəzək bitkilərinin vətənidir. Cəbrayıl, Ağdam, Füzuli, Laçın, Kəlbəcər böyük xammal bazasıdır. Bu rayonlardan qızıl, mis, civə, dəmir, mərmər, xronit, perit, əhəng, əqiq və eləcədə inşaat materialları üçün xammal bazasıdır.
Regionun sənaye potensialını su təchizatı, elektrik enerjisi, zəngin faydalı qazıntıların emalı kimi qiymətləndirmək olar. Qarabağ bölgəsi mineral və termal su mənbələri ilə zəngindir. Qarabağda təhlükəsizlik təmin edildikdən, infrastrukturu yeniləndikdən və demoqrafik məsələlər həll olunduqdan onra turizmin inkişafı üçün müxtəlif layihələrin həyata keçirilməsi real görünür.
Qarabağda yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin maliyyə xərclərini dəfələrlə üstələyəcəkdir. Bu ərazilərin bərpası ilə çoxlu sayda yeni iş yerləri açılacaqdır. İqtisadiyyatın inkişafı üçün yeni iş yerləri açılacaqdır. İqtisadiyyatın inkişafı üçün yeni iş yerlərinin açılmasına zəmin yaradacaq.
Müzəffər ordumuzun qələbəsi, Cənab Prezident İlham Əliyevin siyasəti qeyri neft sektorunun böyüməsinə Azərbaycan İqtisadiyyatının Qarabağda daha da çiçəklənməsinə təkan verəcək.
Ruhiyyə Rəfiyeva, H.Z.Tağıyev adına Kür qəsəbə tam orta məktəbin
direktoru.