Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur – Əşrəf Adəm

Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur. Merdinli kəndində müsəlmanların ibadət yerini -məscidi tövlə kimi istifadə ediblər. Bu əsl vandalizm aktıdır.

Bu sözləri Füzuli rayonunun işğaldan azad olunan Merdinli kəndinə səfər edən Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm deyib.

“Mən məscidə daxil olanda onun divarlarında təhqiramiz şəkillər gördüm. Bu addım bütün müsəlmanların dini hisslərini təhqir edir. Nəhayət ki, haqq öz yerini tapdı, Azərbaycan torpaqları işğaldan azad olundu. Mən bütün müsəlmanları buradakı dini abidələrin bərpasına yardıma dəvət edirəm”, – deyə diplomat qeyd edib. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.