6
Etmtv.news portalı “Qalib əsgərin hekayəti” layihəsi çərçivəsində silsilə yazılara start vermişdir. Bu yazılar eyni adlı kitabda da öz əksini tapacaqdır. Portalın bu günkü qonağı II Qarabaq savaşının qəhrəman topçularından biri – Ağayev Vasif Asif oğludur. Onunla apardığımız söhbəti oxuculara təqdim edirik.
Agayev Vasif Asif oğlu 1991-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. 2009 – cu ilin iyul ayının 3-də həqiqi hərbi xidmətə çağırılıb. Əsgərik dövründə kəşfiyatçı, radiotelefonçu, radioteleqrafcı, operator kəşfiyyatcı, pulemyotçu, kəşfiyatçı kimi 5 əsgəri vəzifəsi olub. 2011- ci ilin yanvar ayın 1-də ordu sıralarından təxris olunub. 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xitmətə başlayıb, “N” saylı hərbi hissədə top komandiri kursuna daxil olub. Kursu başa vurduqdan sonra “N” saylı hərbi hissədə top komandiri vəzifəsində xidmət göstərib. Verilən döyüş tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirdiyi üçün kiçik çavuş rütbəsi ilə tərtif olunub.
– Vasif, sizin də bir əsgər kimi maraqlı döyüşçü tarixçəniz vardır. Müharibədə könüllü kimi iştirak etmisiniz?
– Səfərbəylik elan olunan kimi Gəncə şəhərində yerləşən Nizami rayon Hərbi Komisarlığına yaxınlaşdım, könüllü olaraq yazılmaq istədim. Əvvəlcə orduya cəlb etmədilər. Dəfələrlə hərbi komisarlıqda oldum, israrla döyüşlərdə iştirak etmək üçün xahiş etdim. Erməni faşistlərinin Gəncəyə atdığı ilk raket zərbəsindən sonra düşmənə olan nifrətim daha da artdı. Komisarlıqda hər gün kiminləsə dava salırdım, məni orduya yazmağı onlardan artıq təkid edirdim. Bir gün məni qəbul etdilər, dinlədilər və könüllü olaraq orduya adımı yazıb götürdülər. Həmin gün sevincimin həddi-hüdudu yox idi. Bir müddətdən sonra döyüşə girmək üçün “N” saylı hərbi hissədə təlim aldım. Təlimi başa vurduqda Füzuli rayonu istiqamətində gedən döyüşlərə qatıldım.
– Bəs nəyi əsas gətirib ərizənizi qəbul etmirdilər? Siz axı əvvəllər də həqiqi hərbi xidmətdə olmusunuz, böyük təcrübəyə malik əsgərlərdən idiniz…
– Mən 2009-2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşam. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmətimi davam etdirmişəm. Anam 2015-ci ildə dünyasını dəyişdi. Atam ürək xəstəliyi tutdu deyə, atama baxmaq üçün 2016-ci ildə məçbur olaraq ordu sıralarından tərxis olundum. 2019-cu ildə atam da dünyasını dəyişdi. Qardaşım da 2016-cı ildə gedən məşhur Aprel döyüşdərində iştirak etmişdi. Döyüş tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirdiyi üçün cavuş rütbəsinə, bununla yanaşı fəxri fərman və medal ilə tərtib olunmuşdu. Qardaşım da, mən də hərbi xidmət keçdiyimiz dövrdə əlaçı əsgər kimi seçilmişik, hər ikimiz komandanlıq tərəfindən mükafatlandırılmışıq. Amma, bununla yanaşı ərizəm gec qəbul olundu. Bu da ehtiyac olunandan daha çox könüllünün müraciət etməsi ilə bağlı idi. Biz azərbaycanlılar vətənpərvərliyimiz ilə həmişə digər xalqlar arasında seçilmişik. Biz cənab Prezidentimizin, Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını yerinə yetirməyə hər an hazır idik. Bunu döyüş meydanında da sübut etdik.
-Müharibədə çətinliklər adi həyatda olan çətinliklərdən kəskin surətdə fərqlənir. Maraqlıdır, bütün bunları necə təsvir edərdiniz?
-Müharibə dövründə cətin günlərdən keçdik, yağışlı havalarda toplarımız üçün mövqeylər qazırdıq. Həmin dövrdə əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çox ciddi döyüşlər gedirdi. Göydən yağan yağış da şəhidərimiz üçün ağlayırdı. Bu yağışın hər damçısı düşmənə daha da nifrət oyadırdı, şəhidərimiz gözümüzün qabağından geçirdi, onların qisasını almaq üçün nə soyuq, nə də ki, şaxta bizi durdura bilmədi. Döyüş yoldaşdarım hər bir əziyyəti bir-biri ilə bölüşürdü. Çalışırdıq ki, heç bir əsgər qardaşımız əziyət cəkməsin. Yusubov Pərvin, Tağiyev Nemət kimi döyüş yoldaşlarımız vardı. Əsgər yoldaşlarımıza hər işdə nümunə idilər.
-Hər bir döyüşüdə özünəməxsusyaddaqalan xatirələr olur. Ən çox hansı döyüş xatirinizdən silinməyəcək heç vaxt.
-Muharibədə hər bir döyüş yaddaqalandı. Bunu sözlə çatdırmaq heç də asan deyil. Hər dəqiqən sanki xüsusidir, çünki, xüsusi anlar yaşayırsan. Elə bil ki, paralel dünyadasan, real dünya ilə heç bir əlaqən yoxdur. Yalnız bir şeyi düşünürsən – döyüşü udmaq. Burda əsgər dostluğu böyük rol oynayır, çalışırsan ki, hamının əvəzinə iş görəsən, atılan hər mərmidə sənin əməyin olsun, qisas günü daha da yaxınlaşsın, itkimiz olmasın. Fikirləşəndə ki, sənin dəqiq atəşlə atdığın mərmilər qələbəni daha da yaxınlaşdırır, bundan yüzlərlə əsgərin həyatı asılıdır, məsuliyyət birə on artır.
Bu müharibədə qələbə dərin komandir zəkası, əsgər təri ilə qazanıldı. Bu qələbənin qazanılmasında başda Ali Baş Komandan olmaqla bütün zabitlərimizə təşəkkür edirik . Və qələbəmiz də sözsüz ki, əsgərlərimizin şücaəti, qəhrəmanlığı, rəşadəti sayəsində qazanılıb.
Ən yadda alan günlərdən biri isə Xocəvənd rayonunun Qırmızı Bazar qəsəbəsində gedən döyüşlər oldu. 2 km-dən düşməni atəşə tuturduq. Atdığımız hər mərmi şəhidərimiz üçün atılırdı ki, onların qanı yerdə qalmasın, qisasları alınsın. Şükür allaha ki, doğma Gəncəmdə ata-anasını itirən körpələr, övladını itirən ata və anaların qanlari yerdə qalmadı. Hər birinin qisası alındı. Düşmənə 144 mərmi atdiq 1 gün ərzində. Hədəflərə tam dəqiq atəşimiz nəticəsində düşmənin 877 şəxsi heyəti məhv edildi, onların hərbi avtomobil kolonları, artilerya batareyası və minaatan batareyası məhv edildi. Həmin gün biz düşmənin Xocəvənd rayonunda yerləşən bunkerini də məhv etdik.
Mənim əmim 1990-cı ildə gedən döyüşlərdə könüllü olaraq iştirak edib. 1994-cü ilədək döyüşüb. Murovda gedən döyüşlərin birində yaralanmışdı. Müharibədə iştirak etdiyim ilk atışda əmimi yadıma saldım. Mən rəhmətlik əmimin döyüşlərdə etdiyi şücaətləri eşidərək böyümüşəm. Uşaqlıqdan arzum idi şəhidlərimizin qisasını almaq, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşmək. Şükür allaha ki, arzularıma catdım. Mən Vətənimi qarşılıqsız sevirəm!
Mən D30 divizionunda 1-ci top komandiri vəzifəsində döyüşlərdə iştirak etdim. Mənim vəzifəm gələn əmrləri yerinə yetirərək, koordinatları dəqiq hesablamaq, hesabladığım koordinatları tuşlaycıya ötürmək və yoxlamaq idi. Bizim bir səhvimiz belə bağışlanmaz olardı, döyüşün ritmi pozulardı. Tuşlaycım Tağıyev Nemət döyüşlərdə üstünə düşən vəzifəsini layiqincə yerinə yetirirdi. O da bilirdi ki, bizim səhvimiz əsgər yoldaşdarımızı cətin vəziyyətə salardı, ona görə də döyüşdə komandirlərin verdiyi əmrləri vaxtında və dəqiq yerinə yetirmək lazım idi.
Biz döyüş gedən günlərdə nə aclıq, nə də ki,susuzluq hiss etməzdik. Döyüşlərdə qazandığımız qələbələr bizə mənəvi güc verirdi, uğurlarımız bizdə döyüş ruhunu daha da artırırdı. Yadımıza nə yemək, nə də ki, dincəlmək düşürdü. Düşməni daha tez, daha çox məhv etməyə can atırdıq. Düzgün atdığımız, hədəfə dəyən və düşməni məhv edən hər bir atəşimiz bizim üçün ən böyük sevinc, ən böyük qonaqlıq idi. Elə bil ki, ən super yeməyi yeyirdik, suyu da, atəş açdığımız anda içirdik, çünki buna sadəcə vaxt yox idi.
Komandirlərimizin bizə nəzarəti güclü idi. Müharibə müharibə yerində, amma, dincəlmək də vacibdir, – deyirdilər. Bizsə yalnız döyüşə can atırdıq, torpaqlarımız azad olunsun deyə, şəhidərimizin qanı yerdə qalmasın deyə, gecə-gündüz aparacağımız yeni döyüşlər barədə düşünürdük. Bizim məqsədimiz vardı, canımızı vermək, uğrunda məqsədimizə catana qədər döyüşmək. Bu məqsədlə də bütün maneələri aşmalı idik, müharibənin ən ağır, çətin anlarını yaşamalı və bütün çətinliklərə dözməli idik. Fəxir edirəm ki, torpaqlmızın azadlığı uğrunda döyüşdüm, şəhidlərimizin qanını yerdə qoymayan oğullar sırasında mən də oldum.
Döyüşlərin ən qızğın çağlarında biz piyada qoşun ilə qabağa, döyüşə atılmaq üçün dəfələrlə öz döyüş komandirimizə müraciət də etmişik. Döyüş yoldaşlarım – Pərvin Yusubov, Orxan Həsənov İbrahim Salmanov və mən yuxarı komandanığa muraciət etdik ki, könüllü olaraq qabağa gedək, digər əsgər yoldaşlarımızla çiyin – çiyinə döyüşək. Komandanlıq bizim həvəsimizi anlaşıqlı qarşılasa da, dedi ki, siz atdığınız hər mərmi ilə döyüşən qardaşlarınızı qoruyursunuz, açdığınız hər atəşlə onları mudafiə edirsiniz, onlara yol acırsız, siz öz mövqeyinizdə onları qoruyub, mudafiə etməlisiz.
O torpaqlar bizimdi, orda axan qan bizim qan, gedən can da bizim canımız idi. Düşmənimiz bunu dərk etmirdi. Biz onlara qələbəmizlə başa salırdıq ki, bu torpaqlar bizimdir, qanı qanla yuyuruq, aldığınız canlara can alırıq, bizə edilən yaxşılığı da, pisliyi də heç vaxt unutmarıq, əmanət olaraq qoruyub saxlayarıq, vaxtı gələndə layiqincə cavabını verərik…
Ruhulla Zahidov, yazıçı-jurnalist.