“Qala düzü” abidəsinə müdaxilənin qarşısı alınıb

Tovuz rayonu Vahidli kəndində yerləşən “Qala düzü” abidəsinə müdaxilənin qarşısı alınıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına götürülmüş “Qala düzü” abidəsinin yerləşdiyi ərazidə restoran tikilməsi məqsədilə qazıntı işlərinin aparılması barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat daxil olub.

Dövlət Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən arxeoloji abidənin yerləşdiyi ərazidə iri texnika vasitəsilə hamarlanma işlərinin aparılması faktı aşkar olunub. Hazırda aparılan işlər dayandırılıb, məsələ ilə bağlı müvafiq dövlət orqanlarına müraciət olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.