Gəncə Dövlət Milli Dram Teatrının “Qadınlar danışarsa” tamaşası “Ən yaxşı tamaşa” nominasiyası üzrə təltif olunub
Akademik Milli Dram Teatrı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində Gəncə Dövlət Milli Dram Teatrının Birgül Yeşiloğlu Gülerin qələmə aldığı və rejissor Elşad Əhmədovun quruluş verdiyi “Qadınlar danışarsa” tamaşası “Ən yaxşı tamaşa” nominasiyası üzrə ikinci yer ilə təltif olunub.
Quruluşçu rəssamı Mehdi Hüseynov olan tamaşada, xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Kəmalə Məmmədova, aktrisalar Zəminə Cəfərova və Sevinc Hüseynova iştirak edirlər.
Adı çəkilən tamaşada “Yuyucu qadın” obrazının ifaçısı, xalq artisti Pərvanə Qurbanova layihənin “Ən yaxşı qadın aktrisa” nominasiyası və Azərbaycan Milli Teatr sənətinin inkişafındakı xidmətlərinə görə, Azərbaycan Teatr Xadimlər İttifaqının “SƏNƏTKAR” medalı ilə təltif olunub.