Savaşlarda qalib gələn xalq zəfərin təsadüf olmadığını bilir. Qələbə qan və can bahasına əldə olunduğundan, silah tutan əllər sonradan qurur, yaradır, tikir və dirçəldir.
44 günlük İkinci Vətən Müharibəsinin başa çatdığı ilk anda Azərbaycan dövlətinin başçısı, xalqı dövlət, dövləti xalq səviyyəsində görən və gördürən İlham Əliyev “Qarabağ dəyişəcək” dedi.
Qarabağ artıq dəyişir.
Yollar çəkilir, infrastruktur layihələri gerçəkləşdirilir.
Bakıda isə artıq Hərbi Qənimətlər Parkı var.
İkinci Qarabağ Müharibəsinin başa çatması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanmasından bir gün sonra, noyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu demişdi. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirildi.
İlham Əliyevin təsdiqlədiyi mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə, sözün həqiqi mənasında, mövqelərini qoyub qaçırdılar. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkdadır.
244 erməni dəbilqəsindən ibarət keçid də.
Əslində, müharibə günlərində döyüş meydanlarında minlərlə, on minlərlə düşmən dəbilqəsi qalmışdı. Ermənilərin qoyub qaçdıqları silah-sursat anbarlarındakı dəbilqələri də saysaq, say on minlərə çıxır.
O dəbilqələr metal tullantılarıdır və təkrar emal olunacaq.
Təkrar emalı çətin olanlar isə Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı isterikaya düşən ermənilər, onları dəstəkləyən “liberal” Qərb siyasətçiləri və mediası, bir də Azərbaycandakı, habelə ölkə xaricindəki yerli “yorğun demokrat”lardır.
Belə parklar və muzeylər, sərgi salonları dünyanın bir çox ölkəsində var.
Rusiyanın Volqoqrad şəhərində, Mamay Kurqanındakı dioramada alman faşistlərinin Stalinqrad döyüşündəki hücumlarını və sonradan geri çəkilərək əsir düşmələrini əks etdirən nəhəng ekspozisiya mövcuddur. Orada nasistlərin uniformalı manekenləri, silahları, səngərləri, istehkamları, silahları, texnikası və s. var.
Cənubi Koreyada, Cənubla Şimal arasındakı demilitarizasiya zonasında yerləşən Koreya Müharibəsi Muzeyində də eyni situasiyadır.
Müxtəlif ölkələrdə çeşidli belə muzeylər var.
Sadalamaq olar, amma çox böyük siyahı alınar.
Yerli “liberal”ların və “novar”çıların isterikası da maraqlıdır. Onlar iddia edirlər ki, Bakıda belə park olmamalıdır, olmamalı idi, tolerantlıq və multikulturalizm dəyərləri pozulur və s.
Belə iddialar idiotizmdir, çünki tolerantlıqla multikulturalizmin, humanizmlə insani və bəşəri dəyərlərin erməni işğalçıları ilə heç bir əlaqəsi yoxdur. Qarabağdakı dinc ermənilər ayrı. Onlar Azərbaycan vətəndaşlarıdır və Azərbaycanın hakimiyyəti, Ali Baş Komandan da bu şəxslərin təhlükəsizliyinin təminatına qarantdır.
Fəqət, silahlı terrorçuları və işğalçıları qorumaq, Ermənistan vətəndaşları olaraq Azərbaycana terror aktları törətmək, hərbçilərimizi və dinc sakinlərimizi qətlə yetirmək, şəhər və kəndlərimizi viran qoymaq üçün gəlmiş məxluqlara toxunmamaq təki öhdəliyimiz yoxdur.
Terrorçularla işğalçılar bəşər tarixi boyunca məhv olunublar, olunurlar və belə də davam edəcək. Dünya praktikası, beynəlxalq hüquq da ərazisini işğaldan azad etməyə çalışan dövlətin siyasətini dəstəkləyir.
Azərbaycan da ərazilərinə soxulan, torpaqlarımızı işğal edən düşməni məhv edəcəyini bəyan etmişdi, etdi də. Vədimizi gerçəkləşdirdik, sözümüzün üstündə durduq.
İkinci Qarabağ Müharibəsində gəbərmiş erməni hərbçilərin “xatirəsinin alçaldılması” ilə bağlı iddialar da əsassızdır. İşğaldan azad edilmiş ərazilərimizdə qalan erməni leşlərini, bu biotullantını Ermənistana təhvil veririk. Heç bir problem yoxdur.
Həmin leşlər bir zamanlar Azərbaycan ərazisinə əldə silah gəlmiş ermənilərdi.
Onların bir parasını isə Ermənistanın Müdafiə Nazirliyi zorla döyüşlərə yollamışdı.
Səngərdə və ya avtomobil sükanı arxasında zəncirli olanları da vardı.
Qaçmasınlar deyə.
İşğalçıların olmayan “xatirə”sinə sayğı bəsləmək məcburiyyətində deyilik.
Necə ki, yəhudilər İkinci Dünya Müharibəsində yəhudiləri kütləvi şəkildə qıran, soyqırıma məruz qoyaraq Xolokost törədən nasistlərə nifrət edirlər.
Necə ki, Fransada kəndləri yer üzündən silən, insanları diri-diri yandıran nasistlərin fransızlar üçün heç bir “anı”sı yoxdur.
Necə ki, Ukraynada, Belarusda, Rusiyada milyonlarla dinc insanı vəhşicəsinə qətlə yetirmiş faşistlər yalnız nifrətlə anılır.
Azərbaycan nə etməli idi? Bəlkə İrəvandakı Erablur məzarlığına, Azərbaycana vuruşmağa göndərilən və leş formatında geri qayıdan ermənilərin sinədaşlarına qoymaq üçün çələnglər yollamalıydıq Ermənistana?
Humanizm və bəşəri dəyərləri nihilizmlə, kosmopolitiizlə qarışdırmağa ehtiyac yoxdur.
Sadəcə, bir fakt: Birinci Qarabağ Müharibəsi atəşkəslə başa çatandan sonra ermənilər xalqımızı alçatmaq üçün Vəngli kəndində azərbaycanlıların avtomobillərinin nömrə nişanlarını ictimai ayaqyolunun divarlarına vurmuşdular.
28 illik işğal dönəmində də ermənilər bu rəzaləti “Müharibənin əsas yaddaş obyekti” sayırdılar. Qərbin liberal mediası da Vənglidəki insanlıqdan kənar obyekti nə barbarlıq, nə də Azərbaycanın alçaldılması, aşağılanması kimi qələmə verirdilər.
Azərbaycan işğalçı müharibə aparmayıb, qonşu dövlətin ərazisini tutmayıb. Ölkəmiz və xalqımız öz ərazimizin işğaldakı hissəsini düşməndən azad edib.
Azərbaycan Ordusu elə Azərbaycan ərazisində döyüşüb.
İşğalçı rejim üzərində qələbə isə zəfərdir və qəhrəmanlıqdır.
Xalqımız da bununla fəxr edir, bununla qürrələnir, dinc azərbaycanlılara divan tutan, kənd və şəhərlərimizi viran qoyan, rayon mərkəzlərini ruhlar məkanlarına çevirib darmadağın edən düşməni tarixi ərazilərimizdən qovmaqdan məmnundur.
Avropalılar üçün nasizm üzərində triumf nə idisə, azərbaycanlılar üçün də Qarabağın işğaldan azad edilməsi analoji hissdir.
Və biz, azərbaycanlılar, nə 1945-ci ildə Moskvadakı Qələbə Paradına, nə faşist bayraqlarının Qırmızı Meydandan keçirilərək Mavzoleyin önünə atılmasına, nə 1942-ci ilin yayında Moskvada hərbi qənimətlərin sərgilənməsinə, nə də 1944-cü ildə alman əsirlərin Moskvanın mərkəzindən keçirlməsinə görə utanırıq, heyfslənirik.
Kopenhagendəki Hərbi Qənimətlər Muzeyinə, Parisdə alman hərbi əsirlərin marşına görə avropalılar utanırmı? Tam əksinə, fəxr edirlər.
Qədim Misir, Babilistan və Roma dönəmindən qalib ölkənin zəfər yürüşünə, düşməndən alınmış qənimətləri sərgiləməsinə haqqı və hüququ olub.
Lakin Azərbaycanda erməni əsirlər Bakı küçələrindən keçirilmədi, Ermənistan bayraqları Azadlıq Meydanında ayaqlar altına atılmadı.
Bu, humanizm, bəşəri dəyərlərin təntənəsi deyildimi?
Azərbaycan o əsirləri Ermənistana qaytardı, Bakı küçələrini bu məxluqların keçidi ilə zibilləmədi.
Bakıdakı Hərbi Qənimətlər Parkında 44 günlük İkinci Qarabağ Müharibəsində düşməndən ələ keçirimiş və ya əsgərlərimizin atəşlə yararsız hala saldıqları hərbi texnikalar nümayiş olunur.
Ermənilər üçün təhqir və aşağılanma əslində onların onillər boyu təriflədikləri, şəninə mədhiyyələr qoşduqları və “bölgənin ən döyüşkən silahlı qüvvəsi” adlandırdıqları Ermənistan ordusunun qısa müddətdə əsgərlərimizin zərbələri altında darmadağın olmasıdır.
Azərbaycan əsgəri o uydurmanı, mifi və yalanı alt-üst etdi.
Hərbi Qənimətlər Parkı da gələcək nəsillərin 44 günlük savaşda erməni işğalçılarını pərən salmış əsgərimizin şücaət və qəhrəmanlığını şərəflə, qürurla anmaları üçündür.
Müharibə günlərində döyüş mövqelərini kütləvi şəkildə qoyub qaçan on minlərlə erməni əsgərinin bu rəzilliyi də çağdaş savaşlar üçün unikal hadisə idi.
Bax, buna görə xalqımız Qələbə ilə fəxr edir, qürürlanır.
Bizi bu hissdən kimsə məhrum edə bilməz.
Elçin Alıoğlu
Milli.Az