Qəhrəmanlar necə yetişir?!. Onları qəhrəmanlıq, igidlik və əsgəri rəşadət göstərməyə həvəsləndirən hansı amillər və hisslərdir? Ümumiyyətlə, insan anadan qəhrəmanmı doğulur? Suallar çoxdur. Hər sualın öz cavabı, hər qəhrəmanın da öz yetişmə mühiti, öz tarixçəsi, bu qəhrəmanlığı etməyə isə müxtəlif amil və səbəbləri olur.
Bizcə, bütün bunları birləşdirən yeganə səbəb var. O, insanı bu nəcib, alicənab hərəkətə təhrik edən daxili səsdir. İnsana, əsl insana lazım olan yüksək iradə, qətiyyət, istəkdir. Qəhrəman hansı mühitdə yetişir, yetişsin, onu bu işə səsləyən daxili səs, mənəvi təlabat və istəkdir.
Düşünmədən, bir an belə tərəddüd etmədən canını Vətən uğrunda qurban etmək isə – fədakarlıqdır!
Fədakar
Posted by Xıdır Məmmədov adına Xırmandalı kənd orta məktəbi on Tuesday, October 15, 2019