23 iyunda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 700 bal toplayan olmayıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
İmtahanda 7 abituriyent (Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, 61 saylı orta məktəb, Zaqatala rayonu 3 saylı şəhər orta məktəbi, İmişli rayonu 1 saylı şəhər məktəb-liseyi, Mingəçevir şəhəri 8 saylı şəhər orta məktəbi, Lənkəran rayonu Boladi kənd 2 saylı orta məktəbin məzunları), IV ixtisas qrupu üzrə isə 2 abituriyent (Bakı şəhəri Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, Bərdə rayonu 5 saylı şəhər orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.
7 nəfərin budəfəki imtahandan maksimum 400 bal toplamasına baxmayaraq, hər iki imtahanın nəticələrinə görə (maksimal balı 300 bal olan buraxılış və maksimal balı 400 olan qəbul imtahanları) heç bir abituriyent 700 bal toplaya bilməyib.
Oxunma Sayı:
679