Prezidentə təşəkkür ünvanlanıb

Gəncə Dövlət Dram Teatrının rəhbərliyi və yaradıcı kollektivi adından bir qrup teatr xadimləri “COVİD – 19” pandemiyası ilə aparılan mübarizənin uğurlu nəticələri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə teatrın Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verib. Onun sözlərinə görə Gəncə Dövlət Dram Teatrının direktoru, Respublikanın əməkdar mədəniyyət işçisi Əli Qasımov və bir neçə xalq və əməkdar artistlərin imzaladıqları müraciətdə deyilir:

Möhtərəm cənab Prezident.

Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi adından koronavirus pandemiyasına qarşı mübarizənin bu çətin günlərində Sizinlə həmrəy olduğumuzu bir daha bildirək. Biz mədəniyyət işçiləri əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqı çətin günləri geridə qoyacaq. Hər bir Azərbaycan vətəndaşı olaraq biz də “COVİD-19” pandemiyası ilə mübarizənin qələbə ilə başa çatacağını, məhdudlaşdırıcı tədbirlərin aradan qalxacağı günləri səbirsizliklə gözləyirik. Azərbaycan xalqının sağlamlığı, sosial rifahı üçün göstərdiyiniz fədakarlıqları biz mədəniyyət işçiləri çox yüksək qiymətləndiririk. Sizin məqsədyönlü işləriniz, vaxtında görülən tədbirləriniz hesabına biz böyük bir çətinliyi dəf etməkdəyik. Siz bütün dünyaya sübut etdiniz ki, biz hər bir işdə olduğu kimi, koronavirusla mübarizədə də doğru yolla getdik. Uğurlu yol seçmək və bu yolla inamla addımlamaq böyük bacarıq və qətiyyət tələb edir. Bu bacarıq və qətiyyət isə ölkə başçısı olaraq Sizin uzaqgörən siyasətinizin uğurudur.      

Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən 300 mindən çox insanın əməkhaqqının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi, 300 minə yaxın mikrosahibkarın, eləcə də 600 min insanın dövlətdən maddi yardım alması, eyni zamanda, 90 min ödənişli ictimai iş yerinin yaradılması ilə bağlı göstərişiniz, dövlət sektorunda çalışan 900 min nəfərdən artıq işçinin, qeyri-neft sektoru üzrə 690 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğunun təmin edilməsi kimi mühüm qərarlarınız bir daha ölkə rəhbəri olaraq Sizin hər zaman xalqına qayğı göstərmənizin bariz nümunəsidir.

Bu gün Gəncə mədəni həyatına belə bir məqamda göstərdiyiniz xüsusi diqqət, qayğının nəticəsi olaraq Gəncə Dövlət Dram Teatrı üçün əsaslı binanın tikintisi ilə bağlı verdiyiniz xüsusi göstəriş, Sizin və Mehriban xanım Əliyevanın nəzarəti ilə tikintisi qısa zaman çərcivəsində başa çatdırılması nəzərdə tutulan binanın biz teatr xadimlərinə böyük töhfəsi olaraq qəbul edirik. İnanırıq ki, pandemiya ilə mübarizənin sonu olaraq bu möhtəşəm yeni teatr binasında tamaşaçılarımıza yeni-yeni səhnə əsərləri bəxş edəcəyik.  

 Göstərilən diqqət və qayğı üçün bir daha Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi adından dərin təşəkkürümüzü, minnətdarlığımızı bildirir, uca yaradan hər zaman Sizinlə olsun. Sizə uzun ömür, cansağlığı arzulayırıq.

  Hörmətlə, Gəncə Dövlət Dram Taetrının Kollektivi adından 

   Əli Teymur oğlu Qasımov – Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Gəncə Dövlət Dram Teatrının direktoru

  Vaqif Abulla oğlu Şərifov – Xalq artisti

    Alim Tahir oğlu Məmmədov – Xalq artisti

    Pərvanə Yaqub qızı Qurbanova – Xalq artisti

     Məmmədəli Bəşir oğlu Balayev – Xalq artisti

     Ramiz Hidayət oğlu Vəliyev – əməkdar artist

     Elxan Yunis oğlu Abbasov – əməkdar artist

      İlham Abbas oğlu Hüseynov – əməkdar artist

      Kəmalə İqbal qızı Məmmədova – əməkdar artist

      Rəhilə Zahid qızı Məmmədova – əməkdar artist

      Sevda Nəbi qızı Orucova – əməkdar artist”.         

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.