7-10 yanvar 2020-ci il tarixlərdə Bakı Biznes Universitetində Avropa İttifaqının Erasmus+ proqramının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişafı (EQAC)” adlı layihəsi çərçivəsində icra olunacaq “Yeni kurrikulumun” tətbiqinə dair 02 dekabr 2019-cu ildə universitet rektoru tərəfindən təsdiq edilmiş “Pilot proqram” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir.
Təlim zamanı avropalı ekspertlər tərəfindən birgə aşağıdakı mövzular ətrafında ümumi müzakirələr aparılmış və uyğun tapşırıqlar icra olunmuşdur.
Ali təhsildə tələbə yönümlü yanaşma, Milli Kvalifikasiya Çərçivəsi, Səlahiyyətə əsaslanan təhsil: ümumi və peşəkar səlahiyyətlər,Təlim (öyrənmə) nəticələrinin yazılması,Təlim (öyrənmə) nəticələrinin, tədris və təlim metodlarının əlaqələndirməsi,Təlim (öyrənmə) nəticələrini, tədris, təlim və qiymətləndirmə metodlarını əlaqələndirməsi mövzularını özündə birləşdirən təlimlərdə Gəncə Dövlət Universitetini “Pilot proqram” layihəsi çərçivəsində yaradılmış pilot müəllimlər: Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri, biologiya elmləri doktoru, dosent Vəfa Məmmədova; Anatomiya, fiziologiya və zoologiya kafedrasının biologiya üzrə fəlsəfə doktoru, dosent Tükəzban Rüstəmova; Botanika kafedrasının biologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Bayramova; Botanika kafedrasının biologiya üzrə fəlsəfə doktoru, baş müəllim Yeganə Aslanova; Kimya kafedrasının kimya üzrə fəlsəfə doktoru, baş müəllim Xəyalə Kəsəmənli təmsil etmişdir.