Peyvəndlə bağlı şübhəli məqamlara TƏBİB aydınlıq gətirdi

Peyvəndlə bağlı skeptik yanaşmalar yalnız yaşlılar arasında deyil, gənclər arasında da var. Lakin onu demək lazımdır ki, ilk növbədə etibarlı mənbələrdən məlumat alaraq ona güvənmək lazımdır.

Etmtv.news  xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, əgər peyvənd insanları 70-90 faiz ölümdən qoruyursa, bu, özü peyvəndlə bağlı şübhəli düşüncələrin olmamasına və sualların meydana çıxmamasına əsas yaradır: “Peyvənd bizi yalnız xəstəlikdən deyil, ölümdən də qoruyur. Çünki hər kəsin xəstəliyi necə keçirəcəyi bəlli deyil. Bəzi gənclər “mən idmanla məşğul oluram, yaxşı qidalanıram, sağlam həyat tərzi keçirirəm” desə də, bunlar insanda immunitetin güclü olmasına və onların xəstəliyi yüngül keçirəcəyinə əsas vermir. Heç kəs bizə xəstəliyi yüngül keçirəcəyimizə təminat vermir. Buna görə də hər kəs risk qrupuna aiddir. Çünki biz daha əvvəl yaşlı və yanaşı xəstəliyi olanların COVİD-19-u daha ağır keçirdiyini söyləyirdik.

Amma zamanla gənc insanlar arasında da COVİD-19-u ağır keçirmə və hətta bundan ölümün baş verməsi hallarına rast gəldik. Bu səbəbdən gənc olmağımıza, yanaşı xəstəliyimizin olmamasına güvənməməliyik”.

N.Mustafayeva qeyd edib ki, insanda immunitet anadangəlmə formalaşır. Həyat tərzi immunitetin sadəcə güclü və ya zəif olmasını müəyyən qədər balanslaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.