Peşə təhsili pilləsi üzrə tədris aparan pedaqoji heyətin İKT üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlimlər təşkil edilir.
Plana uyğun olaraq, İKT sahəsi üzrə 6 müxtəlif təlimin təşkili nəzərdə tutulub. Bu təlimlər MS Word, MS Powerpoint, MS Teams, Cisco, MS Excel, Kiber təhlükəsizlik və Peşə Təhsili İnformasiya Sistemindən istifadə sahələrini əhatə edir.
Ümumilikdə, ilin sonunadək davam edəcək təlimlərdə 4200-ə qədər müəllim-pedoqoji heyətin iştirakı nəzərdə tutulur.
Peşə təhsili müəssisəsiləri üçün təşkil edilən təlimlər Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimçiləri tərəfindən aparılır.
Ötən dövrdə MS Word, MS Powerpoint və MS Teams proqramları üzrə təşkil edilmiş təlimlərə 1200-dən artıq iştirakçı qatılıb.