Təhsil Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə sentyabrın 6-da 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri açıqlanıb. Nəticələrə görə, 3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.
“İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3×4 sm. ölçüdə 4 ədəd fotoşəkli və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 6-10 sentyabr 2019-cu il tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər” -məlumatda bildirilir.