Azərbaycanda pedaqoji təhsili olmayanlar da ümumtəhsil müəssisələrində pedaqoji prosesə cəlb oluna bilərlər.
Etmtv.news Metbuat.az-a istinadən bildirir ki, Pedaqoji fəaliyyətlə məşğulolma qaydaları” adlı layihənin hazırlandığı barədə məlumatı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirirb.
Onun sözlərinə görə, bu qaydalar “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən hazırlanıb.
Nazirlik rəsmisi qaydaların hökumətə təqdim edildiyini də söyləyib:
“Qaydalar təsdiq ediləcəyi təqdirdə, pedaqoji təhsili olmayan şəxslərin də ümumtəhsil müəssisələrində pedaqoji prosesə cəlb olunması məsələsinə müsbət yanaşılacaq. Amma qeyd edim ki, hələ təsdiq olunmayan bu qaydalar hazırda yalnız layihə formasındadır”.