Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib

Azərbaycanda pedaqoji təhsili olmayanlar da ümumtəhsil müəssisələrində pedaqoji prosesə cəlb oluna bilərlər.

Etmtv.news Metbuat.az-a istinadən bildirir ki,  Pedaqoji fəaliyyətlə məşğulolma qaydaları” adlı layihənin  hazırlandığı barədə məlumatı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirirb.

Onun sözlərinə görə, bu qaydalar “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən hazırlanıb.

Nazirlik rəsmisi qaydaların hökumətə təqdim edildiyini də söyləyib:

“Qaydalar təsdiq ediləcəyi təqdirdə, pedaqoji təhsili olmayan şəxslərin də ümumtəhsil müəssisələrində pedaqoji prosesə cəlb olunması məsələsinə müsbət yanaşılacaq. Amma qeyd edim ki, hələ təsdiq olunmayan bu qaydalar hazırda yalnız layihə formasındadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.