Qüdrətli Azərbaycan Ordusu artıq neçə gündür ki, Qarabağda başlatdığı uğurlu hərbi zəfər yürüşünü uğurla davam etdirir. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarını yüksək döyüş əzmi və igidliklə yerinə yetirərək özünün zəfər tarixini yazır. Bu gün xalqımız 7-dən 77-ə milli birlik nümayiş etdirərək Cənab İlham Əliyevin ətrafında sıx birləşibdir.
Bugünkü ağır həmlələrimiz Azərbaycan Silahlı Qüvvələrinin təcavüzkar Ermənistanın hərbi cinayətkar dəstələrinə son 26 ildə vurduğu ən öldürücü və sarsıdıcı zərbələrdir. Bu, həm də Azərbaycan dövlətinin son 100 ildə Ermənistana qarşı ən irimiqyaslı və amansız hərbi əməliyyatları deməkdir. Azərbaycanın qəhrəman Ordusu sonuncu dəfə 1918-1920-ci illərdə Ermənistanın işğaçılıq əməllərinə belə layiqli və amansız olmuşdu.
Azərbaycan Ordusu əks-hücum əməliyyatları zamanı erməni xalqına, mülki vətəndaşlara rəhmli davranır, onlara atəş açmır. Qorxaq və aciz Ermənistan isə müharibəni də öz qanunları ilə deyil, faşistlərdən də daha qatı cinayətkarlar, terrorçular kimi aparırlar. Onların indiyə qədər 19 mülki şəxsi, aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailəni öldürməsi vandalizm aktıdır. Bu, 28 il əvvəl Xocalıda mülki əhaliyə qarçı baş vermiş qətliamların bu gün də davam etdirilməsidir. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir.
Bu gün bütün gücü və ruhi ilə Azərbaycan dövlətinin və xalqının yanında olan, öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən qardaş Türkiyəyə hamımız minnətdarıq. Prezident Rəcəb Tayyib Ərdoğan və türk xalqının həmrəylik və dəstəyi bu gün hər bir azərbaycanlıda qürur hissi yaşadır, döyüş əzmkarlığını artırır.
Qəlbi Ordumuzla döyünən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın paylaşımı də qürurverici və ruh yüksəkliyi yaradır. Mehriban xanım Ermənistanın növbəti silahlı təxribatına cavab verdiyini və Azərbaycan Ordusunun öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirdiyini, işğal altında olan ərazilərini azad etdiyini vurğulayaraq bütün əsgərlərə, zabitlərinə dualarını çatdırıb. “Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!
Artıq Azərbaycanın zəfər yürüşünün qarşısını heç bir qüvvə və amil dayandıra bilməz. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son BMT-nin Baş katibi Antonio Quterreşlə görüşdə, Rusiyanın “Rossia 1” kanalının “60 dəqiqə” verilişində açıq və qəti şəkildə təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin dayandırılması və erməni silahlılarının Dağlıq Qarabağdan çıxarılması şərti ilə slüh danışıqlarının mümkün olduğunu bəyan etdi. Dünya birliyi, ATƏT-in Minsk qrupu Ermənistanın savadsız və təxribatşı, təşviş və təlaş içində olan rəhbəri Paşinyana gerçəkliyi başa salmalıdır. Əks halda müzəffər Azərbaycan Ordusu başladığı uğurlu hərbi əməliyyatlarla Dağlıq Qarabağ münaqişəsinin taleyini özü həll edəcək. Azərbaycanın qəti mövqeyi bəllidir, işğalçı Ermənistana və havadarlarına heç bir güzəşt olmayacaq. Azərbaycanın işi haqq işidir. Ali Baş Komandanımızın bəyan etdiyi kimi, “Biz onlara artıq dərs vermişik, Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.