Paşinyan Moskvada müqavilə imzalayacaq, hərbçilər Qarabağdan çıxacaq

Dağlıq Qarabağın qanunsuz və separatçı rejiminin mediası maraqlı iddia ilə çıxış edib.

Etmtv. news  musavat.com-a istinadən xəbər verir ki, əldə olunan məlumata görə, Nikol Paşinyan Moskvaya səfəri zamanı müqavilə imzalayacaq. Həmin müqavilənin bəndlərdən birinə görə, bundan sonra Ermənistan “Artsax”dan qoşunlarını geri çəkməli olacaq. Sitat: “Ermənistandan “Artsax”a xidmətə gələn bütün hərbçilər nəzərdə tutulur. Görünən budur ki, Ermənistan hakimiyyəti “Artsaxı” əllərinin kiri kimi, yuyub, atır…”

Beləliklə, 3-lü müqavilənin ictimaiyyətə elan olunmayan hissələri işləməyə başlayır. Azərbaycan iqtidarı səbirlə onların icra ediləcəyi zamanı gözləyir. Xankəndidən və şərti olaraq Dağlıq Qarabağ adlandırılan bütün ərazidən Ermənistana aid silahlı qüvvələr ən yaxın zamanlarda çıxarılacaq.

Onların yerini isə Rusiya sülhməramlıları, bəzi yerlərdə isə Azərbaycan-Türkiyə birgə qüvvətləri tutacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.