Öz bloquna başlamaq və peşəkar bloqçuluq fəaliyyətini öyrənmək istəyənlər üçün “Bloqqerlər Akademiyası” layihəsi

Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundationun maliyyə dəstəyi ilə XI qrant müsabiqəsi çərçivəsində İsa Zeynalın “Bloqqerlər Akademiyası” layihəsi həyata keçiriləcəkdir.

Layihənin məqsədi kontent yaradılması istiqamətində daha peşəkar bloqqerlərin formalaşdırılmasıdır.

Layihə çərçivəsində ümumilikdə 6 təlim sessiyası bloqqerlik fəaliyyətinə başlayacaq şəxslərə lazım olan spesifik mövzuları və bu istiqamətdə qarşılaşa biləcəyi çətinlikləri əhatə edəcək.

Təlimçi/Mentor: Həvva Səfərova, Ninja Parents bloqunun qurucusu, Winter Park Hotel- Marketinq Meneceri

Təlim mövzuları:
1. Bu sahənin iştirakçıları və sizin mövqeyiniz & İlkin bloq addımları, auditoriyanızı və seqmentinizi düzgün müəyyən etmək
2. İlk bloqumuzu yaradaq, düzgün strategiya, planlama və ardıcıllıq
3. Sizə lazım olan metod və üsullar, satış üçün pik üsullarınız & Hansı kanal, niyə və eyni zamanda neçə kanal?
4. Bloqqer profesional peşə kimi nələrə diqqət etməli & Fake kontentdən qorunmaq, öz kontentinin originalı olmaq
5. İlk 100 izləmə və artım hədəflərimiz
6. Bloqer olaraq kontentini sat! & Sponsor cəlbi, ilkin addımlar və bloqu gəlir mənbəyinə çevirmək.

Təlimlər həftənin II- IV günləri olmaqla saat 18:00-20:00-da baş tutacaq.

Layihənin keçirilmə məkanı: Bakı şəhəri
Son müraciət tarixi : 17 fevral 23:59
Layihədə iştirak ödənişsizdir

Qeydiyyat linki:
https://goo.gl/forms/ZuDRMPDsNQB50mv93

Əlavə sual, fikir və təklifləriniz üçün əlaqə:
+994514396217
iszeynal@gmail.com
https://www.facebook.com/Bloggers-Academy-375992639883021/

#BloggersAcademy #AzGF #GənclərFondu #YouthFoundation

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.