Ötən tədris ili Şəmkir rayonu üçün bir çox uğurlarla yadda qalıb

Ötən tədris ili Şəmkir təhsili üçün bir çox uğurlar ilə yadda qalib. Belə ki, ötən illərlə müqayisədə 2018-2019-cu tədris ilində ali məktəblərə qəbul olanların sayında xeyli artım müşahidə edilib. Rayon üzrə ümumilikdə 605 nəfər yaxşı nəticə əldə edərəl, ali təhsil müəssisələrinə qəbul olublar.. Şəmkir rayon təhsil şöbəsinin metodik kabinetinİN müdiri Firdovsi Aslanovun sözlərinə görə, Məktəb şagirdləri keçirilən bir çox fənn olimpiyadalarında yüksək nəticələr qazanıblar.

Ali məktəblərə qəbul ilə bağlı qabaqcıllar sırasında gedən məktəblərdən biridə, Hacı Zeynalladın Tağıyev adına Kür qəsəbə 2 saylı tam orta məktəbidir.Keçirilən qəbul imtahanlarında bu məktəbdən məzun olan 51 nəfərdən 38-i tələbə adını qazanıb.

Yüksək bal toplayaraq tibb unversitetinə daxil olan  məktəbin məzunu Nurlan Məhərrəmov əldə etdiyi uğura görə, müəllimlərinə və valıdeyinlərinə minnətdarlığını bildirib

Qeyd edək ki, 2018-2019-cu tədris ilini rayon məktəblərinin 10-cu siniflərindən 19 nəfər şagird, 11-ci sinifdən isə 26 nəfər şagird fərqlənmə atestatı ilə məktəbi başa  vurublar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.