“Hazırda Ortaq Türk Ədəbiyyatı dərsliyi hazırlanır”.
Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Ortaq Türk Dünyası Tarix Olimpiadasının mükafatlandırılma mərasimində deyib.
O bildirib ki, Ortaq Türk Dünyasının Əlifbası dərsliyi hazırlanacaq.
“Ortaq türk coğrafiyası dərsliyinin hazırlanması istiqamətində işlər isə artıq yekunlaşmaq üzrədir” – deyə nazir müavini qeyd edib (apa).