Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun adı verilib.
Etmtv. news “Report”a istinadən xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Təhsil Nazirliyinə və Samux Rayon İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Qəhrəmanı Eltun İsgəndərov 2009-cu il iyunun 29-da Azərbaycanın Milli Qəhrəmanı adı alıb.