“Onlarla bərabər icra başçıları da məsuliyyətə cəlb edilməli idi” – Deputat

Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq?

Etmtv.news xəbər verir ki, bunu ötən gün Milli Məclisin Regional məsələlər iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin (2024-cü il üzrə) müzakirəsində deputat Elman Məmmədov deyib.

Deputat bildirib ki, bu gün bələdiyyələr icra başçısının icazəsi olmadan heç nə etmirlər, torpaq satmırlar: “Burada məsuliyyətə cəlb edilən bələdiyyə üzvlərinin sayı açıqlandı. Onlarla bərabər icra başçıları da məsuliyyətə cəlb edilməli idi. Bələdiyyələr o vaxt keyfiyyətli işləyəcəklər ki, faktiki olaraq tam müstəqil fəaliyyət göstərə bilsinlər. Biz bunu gözləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.