Ölkə başçısının sərəncamları ilə bir qrup kino xadiminə fəxri adlar verilib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də Azərbaycan kino sənəti sahəsində xidmətləri olan bir qrup kino xadiminin mükafatlandırılması haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Zemfira Babayeva və Zemfira Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, Oqtay Əlizadə və Nazim Rzayev isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.

Ölkə başçısının digər sərəncamları ilə Vidadi Əliyev, Vidadi Həsənov, Xalidə Quliyeva Xalq artisti, Adil Azay Əməkdar incəsənət xadimi, Qorxmaz Əlilicanzadə və Zilli Namazov Əməkdar artist, Nəsir Ağayev, Nelli Dadaşova, Nazim Hüseynov, Babək Quliyev, Zəkiyyə Mahmudova, Əli Bala Məmmədov və Tamilla Muxtarova Əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüblər. Xanlar Ağayev, Mahir Həsənov və Əlisəfdər Hüseynov isə “Tərəqqi” medalı ilə təltif olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.