“Odlar Yurdu” Gənclər Ictimai Birliyinin könüllüləri 20 Yanvar faciəsinin 29-ci ildönümü ilə əlaqədar olaraq Gəncə şəhərində “Unutmuruq!” adlı aksiya keçirib. Aksiya çərçivəsində könüllülər şəhərin müəyyən edilmiş mərkəzi hissələrində 20 Yanvar faciəsi haqqında məlumatlar olan braşuraları yüzlərlə şəhər sakininə paylayıblar.
Aksiyanın əsas məqsədi maariflədirmə, 29 il əvvəl baş vermiş faciəni unutmamaq, unutdurmamaqdan ibarət idi.
Ruslan Vəliyev, ADAU-nun Aqrobiznes və İdarəetmə fakültəsinin Menecment ixtisasısının 3 kurs tələbəsi.