Gəncə gəncliyinin 2012 sevinci.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində 2012-ci ilin yanvar ayı ərzində keçirilən internet səsverməsinin nəticəsi olaraq Gəncə şəhəri Azərbaycanın ilk Gənclər Paytaxtı seçilmişdir.
2012-ci il Gəncə şəhərində böyük yerli və beynəlxalq layihələr icra olunmuşdur. Məhz elə həmin il “Odlar Yurdu” Gənclər İctimai Birliyi Gəncə şəhərinin 2012-ci ilin “Gənclər paytaxtı” seçilməsini nəzərə alaraq 15 İyun 2012-ci il tarixdə bir qrup gənc tərəfindən təsis edilmişdir. Çox qısa zamandan sonra 13 İyul 2012-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Həmin vaxt Birliyin gənclərinin yeganə ali amalı vardı -Azərbaycan gəncliyinin formalaşmasına öz töhvələrini vermək.
Birliyinin vətənpərvərliyin təbliğatına, milli-mənəvi dəyərlərin qorunmasına, həmçinin təhsil, elm, səhiyyə, mədəniyyət, sahibkarlıq, idman və cəmiyyətin digər sahələrinin inkişafına cəlb edilməsi, könüllülük işinin təşkili və gənclər sahəsində beynəlxalq əməkdaşlığın təmin olunması kimi məqsədləri vardı.
15 İyun tarixində Gəncə gəncliyi üçün bir məktəb olan,hər zaman ilk layihələrin icraçısı olan,mehriban və gülərüz komandası olan Odlar Yurdu Gənclər İctimai Birliyinin 7 yaşı tamam oldu.
Ruslan Vəliyev, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin Baş Katibi.