Hörmətli Gənclər!
“Odlar Yurdu” Gənclər İctimai Birliyi “KönüllüSƏN-3” layihəsinə start verir. Layihənin əsas məqsədi gənclərə könüllülük prinsiplərinin öyrədilməsi, gənclərin aktiv vətəndaşlığa təşviq edilməsi və onların gələcək karyeraları üçün ilk addımlarını atmaqlarına şərait yaratmaqdır. Layihə çərçivəsində gənclər peşəkar təlimçilər tərəfindən idarə olunan təlim və seminarlarda iştirak edəcəklər. Həmçinin, iştirak edən gənclər ilk fəaliyyətlərinə könüllü olaraq başlamış, uğurlu insanlarla görüşəcək, onların təcrübə və biliklərindən faydalanacaqlar. Layihədə uğurla iştirak etmiş gənclər “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən təşkil olunan yay düşərgəsində iştirak etmək şansı əldə edəcəklər. Layihə Bakı və Gəncə şəhərlərində həyata keçiriləcək. İştirak üçün online qeydiyyatdan keçmək və motivasiya məktubu yazmaq tələb olunur. Motivasiya məktubu aşağıdakı elektron ünvana göndərilməlidir.
E-mail: odlaryurduyouth@gmail.com
Son qeydiyyat tarixi: 11.04.2019
Qeydiyyat linki: https://forms.gle/ULMiQM2VJMh1ApS89
Hörmətlə, Ruslan Vəliyev,
Odlar Yurdu Gənclər İctimai Birliyinin Baş Katibi.
ruslanveliyevyouth@gmail.com
vliyev99@inbox.ru
Əlaqə tel: 070-370-10-72