O quyruğu kəsin verin ağızlarına nə qədər istəyirlər oynatsınlar – Vətənpərvər sözü

Az əvvəl multu-media vasitələrində belə bir xəbər oxudum. “Şirin quyruğu ilə oynamayın”. Əvvəlcə xəbərin tam mətnini bura əlavə edirəm: – İrandan Azərbaycana təhdid: “ŞİRİN QUYRUĞU İLƏ OYNAMAYIN”

İrandan Azərbaycana təhdid gəldi.

Azərbaycanın öz sərhədlərində – Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsi qurması İranı əməlli-başlı özündən çıxarıb.

Gununsesi.info xəbər verir ki, İran yük maşınlarının Qarabağa qeyri-humanitar yük daşımalarının qarşısının alınmasına SEPAH qüvvələri Arazın o tayında hərbi təlim keçirməklə cavab verib.

Təlimlər Horadizin paralelində yerləşən Aslandüzdən İran Culfasınadək əraziləri əhatə edəcək. Horadizdən Mehri rayonuna qədər ərazilərimizin işğaldan azad olunduğunu və təlimlərin də məhz bu ərazidə keçirildiyini nəzərə alsaq, İranın bu addımının Azərbaycanı hərbi müdaxilə ilə təhdid olduğu aydındır.

Maraqlıdır ki, İran bu təhdidini yalnız əməli fəaliyyəti ilə deyil, həm də sözlə dilə gətirib. İran dili lideri Ayətullah Xameneinin nümayəndəsi, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Xəritəyə baxıb İranı şirə, onun Gorus-Qafan yoluyla nəqliyyat dəhlizini quyruğa bənzətsək, Amili “həzrətləri”nin nə demək istədiyi aydın olur.

Amili xütbəsində Azərbaycana dəstək verən Türkiyə və Pakistanı da hədələyib.

Xaməneinin sözçüsünün bu hədə-qorxusundan sonra Azərbaycan xüsusi xidmət orqanlarının qarşısında yeni məsuliyyət borcu ortaya çıxır: “Şirin ölkəmizdəki bütün quyruqlarını kəsmək”.

Çox maraqlıdır bizi həm də Şimaldan ayılarla təhdid edirlər. Demək ki, Azərbaycanım Şimal və Cənubdan heyvanların əhatəsindədir və onlar ac-yalavac heyvan sürüsü kimi məmləkətimə daraşmaq istəyir.
Ayyy siz öləsiniz.

Azərbaycan indiyə kimi o qədər heyvan sürüsü görüb ki… Hamısının dişlərini söküb. Quyruqlarını da kəsib ağzına verib. Yəni, cəzaları nə isə onu da tətbiq edib. Rusun gicişməyini, ayı kimi kəmfürsətliyini anlayırıq. Bəs İrana bə düşüb? Niyə heyvan olub din qardaşlarına saldırmaq istəyir? Axı dinimiz birdi. İslam hümbətiyik. Erməni vandalizmi məcsidləri talayıb, içində donuz saxlayanda susan dinbirlərimiz indi niyə gicişir? Yuxularına haram qatan, onları vəhşilədirən, özlərinin dediyi kimi heyvana bənzətdirən nədir?

Bu suallar hər zaman gündəmdə olub, ancaq cavabı rəsmi qaydada tapılmayıb. Bildiyimiz odur ki, erməni kökünə bağlı farslıq- bunun əksini də demək olar- Qarabağ müharibəsi başlayandan erməninin yanında olub, onlara qucaq açıb və ya qucaqlarında oturub. Niyə axı?

Fars molla rejmi İranda olan 40 milyon türkdəndəmi çəkinmir? Azrbaycanın, böyük türk birliyinin artan iqtisadi və hərbi qüdrətindəndəmi qorxmur? Bunlardan qorxmurlar, anladıq. Yəni Allahın lənətindəndəmi utanıb həya etmirlər?
Olanlar göstərir ki, çəkinmirlər, qorxmurlar, etmirlər. Belə olan halda son bir yol qalır. Həmin dedikləri quyruğu kəsib ağızlarına vermək. Tbii ki, bu olacaq.

Azərbaycan Prezidenti, millətimizin fəxri və güvənci Cənab Ali Baş Komandan son dərəcə səbrlidir. Səbrlə hədəfi nişanlayır və zamanında düz alnının ortasından vurur. İranın həyasızlığının sonu da belə olacaq. Eynən qardaşları və söykökləri ermənilər kimi.

Şah İsmayılı nə tez unutdunuz ay mən deyənlərrr… Eləcə də sizi dövlət edən digər türk azmanlarını, fatehlrini…? Bəla burasındadır ki, farsın şərəfsizliyinə aramızda züy tutanlar da çoxdur. Özü də ən abırlı və hökmlü kişilərin övladları yanıb yaxılır onlar üçün. İbadət farslıq deyil. İbadət erməni kökənli farsların İslama təhqiri və ya ona susmağı deyil. İbadət Vətənin bütövlüyünü parçalayan farsların köləsi olmaq da deyil. İbadət halallıqdır, humanistlik və ədalətdir. Ağla qaranın fərqidir. 6-cı əsrdən bu yana ən ali qanular müqəddəs Qurani- Kərimin böyük təsiri altında qəbul edilib. Qurandan bir ayə göstərin orda ermənilərin Azərbaycanda İslam dininə etdiyi hörmətsizliyə haqq qazandırmaq anlamı hiss edilsin.

Ayılın bu cür düşünən qardaşlarım. Ayılmaq bir yana ən azından laqeyd qalın. Ta sinənizi cırıb farslığın müdafiəsinə qalxmayın.

Təqdim etdiyim bu şəklə baxın. Görün orda müsəlman sifəti və ya sifətdə nur, abır həya görürsünüzmü? Əlbəttə görməyəcəksiniz. Çünki o müsəlman deyil. O erməni ilə eyni kökdən olan erməninin fars adlı qardaşıdır.

Qalib Rəhimli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.