“O olmasın bu olsun” Gəncədə nümayiş edilib

Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikipərdəli musiqili komediyası nümayiş edilib.

Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi festivalı çərçivəsində təqdim olunan səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının iştirakı ilə gerçəkləşib.

Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda baxılan tamaşada teatrın aparıcı solistləri – Xalq artistləri Azər Zeynalov (Məşədi İbad) və Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artistlər İlahə Əfəndiyeva (Gülnaz), Fərid Əliyev (Sərvər), Gülüstan Əliyeva (Sənəm), Cahangir Qurbanov (Qocu Əsgər), Ələkbər Əliyev (Həsənqulu bəy), Tural Ağasıyev (Rza bəy), Təyyar Bayramov (Xanəndə), solistlər Fəhmin Əhmədli (Həsən bəy), Rafiq Abbasov (Məşədi Qəzənfər), Ağaxan Şərifov (Hambal) və başqaları çıxış edib. Səhnə əsəri dirijor Sevil Hacıyeva tərəfindən idarə olunacaq.

Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.