Elm və təhsil naziri Emin Əmrullayev keçmiş təhsil naziri, Azərbaycan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanovla görüşüb.
Bununla bağlı Emin Əmrullayev özünün feysbuk səhifəsində paylaşım edib.
“Qısa müddət əvvəl Azərbaycan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, professor Misir Mərdanov, Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, professor Rasim Əliquliyev və İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Əli Abbasov ilə görüşümüz baş tutdu. Direktorlarla yanaşı, sözügedən institutların əməkdaşlarının da iştirakı ilə keçirilmiş görüş zamanı elmi-tədqiqat işləri, kadr hazırlığı, il ərzində nüfuzlu bazalara daxil olan jurnallarda çap olunmuş məqalələr, hazırlanan elmi jurnallar haqqında ətraflı müzakirə apardıq, mövcud laboratoriyalara baxış keçirdik”, – deyə nazir yazıb.