Nizami yurdunun yetirmələri Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında ölkəmizi uğurla təmsil edib

04-14 Aprel 2025-ci il tarixlərində Serbiyada ISF U15 Gimnaziada İdman Oyunları keçirilib. Yarışa oğlanlardan ibarət millimizin böyük məşqçisi Vüqar Məmmədov və məşqçi Samir Məmmədovun rəhbərliyi altında qatılan idmançılarımız uğurlu çıxışları ilə yadda qalıblar.

Millimizin heyətində Serbiyaya yollanan “Təhsil” RİM PHŞ Gəncə şəhər 1 nömrəli UGİŞM-in bölmələrinin yetirmələri də müvəffəqiyyət qazanıblar. Belə ki, boks bölməsi üzrə Yusif Əli (52 kq) və Nəriman Əli (54 kq) bürünc, Sərxan Haqverdiyev (63 kq) gümüş medallara layiq görülüblər. Taekvando bölməsinin yetirməsi Fidan Muxtarzadə 29 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb. Bununla yanaşı, sərbəst güləş bölməsinin yetirmələri Elman İsmayılov (38 kq) və İbrahim Həsənov (44 kq) birinciliyi əldə edərək qızıl medala layiq görülüblər. Yunan-roma bölməsi üzrə isə Əli Məmmədov 68 kq çəki dərəcəsində üçüncü yerə çıxıb.

Qeyd edəki, Azərbaycan Gimnaziadada 18 idman növü üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunub və yarışlarda 35-i qızıl, 12-si gümüş, 28-i bürünc olmaqla ümumilikdə 85 medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.