Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və Norveç Krallığının nümayəndəsi dahi şair Nizami Gəncəvi İrsinin tədqiqatçısı xanım Ragnhild Thorinin iştirakı ilə görüş keçirilmişdir.
Görüşdə xanım Ragnhild Thori Nizami Gəncəvi yaradıcılığından bəhs edərək şairin əsərlərinə, yaradıcılığına böyük dəyər verdiyini bildirmiş və nəinki Azərbaycan ədəbiyyatının, eləcə də dünya mədəniyyətinin qiymətli incisi adlandırmışdır. Eyni zamanda xanım Ranghild Thori Gəncə şəhərində olmasından məmnun olduğunu bildirib və xoş təəssüratlarını bölüşüb.
Görüşdən sonra xatirə şəkilləri çəkilib, Nizami Gəncəvi Məqbərəsi və Muzeyi ziyarət edilib.