Məlum olduğu kimi III MDB Oyunları ilə əlaqədar Prezident İlham Əliyevin tapşırığına əsasən, Gəncə şəhərində genişmiqyaslı təmir və tikinti işləri sürətlə davam etdirilir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə şəhərin bir sıra ərazilərində aparılan işlərlə yerində tanış olub. Şəhər rəhbəri Gəncəçay Park-Bulvar Kompleksinə baş çəkərək burada həyata keçirilən genişmiqyaslı təmir-bərpa işlərinin gedişatı ilə maraqlanıb. Eyni zamanda, çayın məcrasında görülən təmir işlərinə baxış keçirib.
Niyazi Bayramov həmçinin Gəncə Ekoloji Park Kompleksində də olub. Məlumat verilib ki, parkın 400 kv.m-lik mövcud yaşıllıq zolağı üçün yeni və effektiv havalandırma sistemi quraşdırılır. Bununla yanaşı, Ekoparkın ərazisində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllıq şöbəsi üçün hər biri 8 sot sahəyə malik, müasir standartlara cavab verən 3 istixananın inşası davam etdirilir.
Şəhər rəhbəri görülən işlərə dair öz tapşırıq və tövsiyələrini verib.











