Niyazi Bayramov Prezident təqaüdünə layiq görülən məzunu təbrik edib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident təqaüdünə layiq görülmüş, Gəncə şəhər 31 nömrəli tam ort məktəbin məzunu Quliyev Əli Həsən oğlunu qəbul edib. Şəhər rəhbəri 683 balla Azərbaycan Tibb Universitetinin “Müalicə və profilaktika işi” fakultəsinə qəbul olan Əli Quliyevi 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü və əldə etdiyi uğurlu nəticələrə görə təbrik edib.

Həyatını nəcib və xeyirxah bir işə – insanların sağlamlığının qorunmasına həsr etdiyi üçün onu təqdir etdiyini bildirən Niyazi Bayramov, Əli Quliyevə gələcək həyatında uğurlar arzu edib.

COVİD-19 pandemiyası ilə əlaqədar dərslərin onlayn qaydada keçirildiyi nəzərə alınaraq, Əli Həsən oğlu Quliyevin tədris prosesində maneəsiz iştirakını təmin etmək üçün ona komputer hədiyyə edilib.

Məlumat üçün bildirək ki, Quliyev Əli Həsən oğlu 2019-2020-ci tədris ilində Gəncə şəhər 31 nömrəli tam orta məktəbi “Xüsusi nümunəvi attestat” və “Qızıl medall”a bitirib.. Məktəbin direktoru Elenora Əsgərovanın Etmtv. news-ə verdiyi müsahibədə Əli Quliyevin oxuduğu müddətdə məktəbin ən fəal, kreativ düşüncəli, elmi biliklərə yüksək səviyyədə yiyələnən şagirdlərdən biri olduğu bildirilir. O, dəfələrlə “Mən əlaçıyam” verilişinin iştirakçısı və qalibi olub.

Əli Quliyev 2018-2019-cu tədris ilində Respublika fənn Olimpiadasında Biologiya fənni üzrə iştirak edərək  “Gümüş” medal qazanıb, 2019-2020-ci tədris ilində Respublika fənn Olipiadasında isə Biologiya fənni üzrə qalib gələrək, “Qızıl” medala layiq görülüb. Buraxılış imtahanında mövcud 300 baldan 283 bal, DİM keçirdiyi qəbul imtahanında isə 400 bal toplayıb. Bunun nəticəsində 683 balla yüksək nəticə göstərib və şəhər birincisi olub.

Artı bildirdiyimiz kimi, Əli Quliyev Azərbaycan Tibb Universitetinin “Müalicə və profilaktika işi” fakültəsinə daxil olmuşdur. Təhsil naziri Emin Əmrullayevin 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının Qızıl və Gümüş nişanla təltifi haqqında əmrinə əsasən Gəncə şəhər 31 nömrəli tam orta məktəbin məzunu Əli Quliyev “Qızıl” nişanla təltif edilib.

Prezident cənab İlham Əliyev 2019-2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalamışdır. Həmin sərəncama əsasən Quliyev Əli Həsən oğlu Prezident təqaüdünə layiq görülüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.