Niyazi Bayramov Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət edib – VİDEO

Ölkə  başçısı  İlham Əliyevin  müvafiq göstərişlərinə əsasən  respublikamızın  hər  yerində olduğu  kimi Gəncədə də  dövlət qurumları mütamadi olaraq şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlanır, onların  problemlərinin  aradan  qaldırılması  üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər.

Gəncə  Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşür, müraciətlərini dinləyir, onları narahat edən məsələlərin həlli istiqamətində lazımi tədbirlər görür.

Niyazi  Bayramov  özü  də  Qarabağ  qazisi olduğundan  qazilərə,  şəhid  ailələrinə, veteranlara  xüsusi diqqət  və  qayğı  göstərir. Onların heç bir müraciətini geri çevirməyən Niyazi müəllim öz səlahiyyətləri çərçivəsində  bu kateqoriyadan olan  insanlara hər cür köməklik göstərir.  Ona görə də  Niyazi Bayramov bir icra başçısı  kimi bütün müsbət insani keyfiyyətlərinə  görə  hər  kəsin, eləcə də Gəncə şəhər sakinlərinin böyük hörmətini  qazanıb.

Bu günlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd Tomuyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov   Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun ailəsini ziyarət edib.

Niyazi Bayramov  Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımova ilə görüşərək  qeyd etdi  ki, Azərbaycan xalqı həm I Qarabağ savaşı, həm də Vətən müharibəsində qəhrəmanlıq göstərərək, adını tarixə yazdıran igid oğullarımızla fəxr edir. Belə qəhrəmanlardan biri də Natiq Qasımovdur. O, xalqımızın  şanlı  tarixində  iz qoyan igidlərimizdəndir. Dursun Qasımova övladının keçdiyi döyüş yolundan danışıb, onun igidliyindən, mərdliyindən söz açıb.

Milli Qəhrəmanın anası övladının əziz xatirəsinə göstərilən ehtirama görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib.

Eyni zamanda, Niyazi Bayramov Milli Qəhrəmanının anası Dursun Qasımovanın səhhəti və problemləri ilə  maraqlanıb, bununla bağlı aidiyyəti qurumlaraa müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik  Qaramurad kəndində anadan olub. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmətini başa vurduqdan sonra Natiq 1991-ci ildə Vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanaraq “Qarabağ şahinləri” dəstəsində ermənilərə qarşı döyüşüb.

Xatırladaq ki, Prezident İlham  Əliyev  Natiq  Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb.

25 İyun 2024-cü il tarixli Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün  qorunub  saxlanılmasında  xüsusi  xidmətlərinə  və  döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

ELÇİN  CAVADOV, Gəncə Dövlət Universitetinin dosenti,

texnika elmləri doktoru

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.