NASA turistləri 50 milyon dollara Beynəlxalq Kosmik Stansiyaya göndərəcək

NASA sıravi turistlərin Beynəlxalq Kosmik Stansiyada (BKS) qalmasına icazə verəcək.Turistlər bir ay müddətində stansiyada qalmaq şansı qazanacaq. Stansiyada bir gecənin qiyməti isə 35 min dollar olacaq.
Təxmini hesablamalara görə, uçuşun ümumi dəyəri bir turist üçün 50 mln. dollara başa gələcək. NASA BKS-ə ildə maksimum iki belə özəl reys təşkil etmək niyyətindədir. Hər bir reys isə 30 gün çəkəcək.
İlk missiyanın 2020-ci ildə həyata keçirilməsi planlaşdırılır. Turistlər BKS-ə “Boeing” və “SpaceX” şirkətlərinin hazırladığı sistemlərlə yollanacaq.
(ONA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.