Millət vəkili ona qarşı söylənilənləri böhtan adlandırdı: “Rəsulzadə haqda mənfi fikir bildirməmişəm”


“Mən Məhəmməd Əmin Rəsulzadə haqqında heç bir mənfi fikir bildirməmişəm. Bu, mənə qarşı həyata keçirilən şər və böhtan kampaniyası idi”.

Etmtv. news xəbər verir ki, bunu beşinci çağırış Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev özünün feysbuk hesabında yazıb.

“Müxtəlif vaxtlarda müxtəlif media qurumlarına bu barədə verdiyim açıqlamalara baxmayaraq, təəssüf ki, hələ də böhtan qurbanına çevrilmişəm”, – deyə N. Həmzəyev bildirib.

Onu da bildirək ki, Naqif Həmzəyev bir vaxtlar səsləndirilən bu fikirlərə görə media tərəfindən böyük tənqidlərə məruz qalmışdı.

Naqif Həmzəyev bir neçə illik deputatlıq fəaliyyəti dövründə Gəncə şəhərindən seçilən ən qalmaqallı millət vəkili kimi yadda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.