Dayım Aqşin Babayevin xatirəsinə
Mən öləndə
ağlamayın.
Sevinin,
Bilin ki,
Daha heç vaxt heç nəyi
Ürəyimə salmayacağam,
Bir də heç vaxt iş yerimdə
Gecəyəcən qalmayacağam!
Bu sətirlər Aqşin Babayevin çoxşaxəli ədəbi fəaliyyətinin bir zərrəsidir. İllər ərzində qürbətdə, vətən həsrətində, nəvə həsrətində, oğul, qız həsrətində yazdığı şeirlərdən bir kitab çıxardı. Bütün ömrünü elmi araşdırmalara, dramaturji əsərlərə, pedaqoji fəaliyyətə, tərcümələrə həsr edən Aqşin Babayevin şeirlər kitabı hamıda təəcüb doğurdu. O, özünə şair kimi götürdüyü ləqəbi ilə də çox doğma idi. Aqşin Baba.
Məlhəm kimi bir baba idi Aqşin baba. Nəvələrinə nağıl kimi nurlu, işıqlı. Taleyin o qədər qəribə işləri var ki uzun müddət ömrünə qürbətlik yazılan insanlar bilirlər. Qürbətin öz vətəni var, qayğısı, dərdi, uzaqlığı. Qürbət mütləq insandan nələrisə qoparır, aparır. Qayıdıb gələndə heç nə öz yerində olmur. Hər qaydışda nəyisə, kimisə mütləq itirir insan. Nəyə görə şeirlərdən başladım yazımı. Çünki bir yazar Roman, povest, hekayədə özünü gizlər, yaınız şeirdə bu mümkün olmur. Şeir ürəyin güzgüsüdür. Qürbətlik onun ömrünün süjet xəttidir. Bunu öz şeirlərində dəfələrlə ifadə edir.
O qürbətdə böyüyən nəvəsinə yazır
Deyirlər ki, qürbət eldə
Bir nəfəri baban bilib,
Qucmusan.
Göyərçintək qanad açıb, qucağına uçmusan,
Sənin baban mənəm qızım.
Iki yaşlı Çiçəyim.
Şəkillərdə böyüyənim ,mənim Nurum Göyçəyim.
Sənin baban mənəm, canım,
Səndən uzaq qalmışam
Ayrılığı zəncir kimi
Boğazıma salmışam.
Qürbət, ayrılıq, ölüm, həyat. Ömrümün elə bir dönəminə, itkilərimin elə bir zirvəsinə çatdım ki, bilmirəm indi hardayam. Qürbətdəyəm, ayrılıqdayam, ölümdəyəm ya ki, həyatda… Bu bilmədiyim qarmaqarışlıqda ürəyimdən bir sızıntı kmi qopub gedən doğmam üçün bir yazı yazmaq istədim.
Qohumluq bağları deyilən görünməz bağlar var. Sevgi bağı o qədər nazik görünməz və möhkəmdir ki. Bir birini itirdikdə canından bir parçanın qopub getdiyini bütün dəhşətiylə duyursan. Dayımı itirdiyim sayılı günlərdir. Bu günlər acımı içimdə çəkməyə məcbur oldum. Çünki gecələri yuxusuz qalıb, qardaş itkisinu bütün ruhu və canıyla duyan anama qulluq etdim. Ona yalan danışıb özüm də o yalana inanmağa məcbur oldum. Ondan qardaşının itkisini gizlədim. Mənim bu yeddi gün ərzində yaşadıqlarım bir böyük əsərin mövzusudur. Mən bilirdim insanları sevgi bağı bir birinə bağlayır. Yalanın, riyanın bu qədər çox olduğu dünyada hardan bu qədər nəciblik və sevgi. Bax onu izah edə bilmirəm. Görünür bu insanlar ən son sevən insanlardı. Bu dünyanın ən son sevən insanlarının doğması olduğum üçün xoşbəxtəm.
Düzünü deyəcəyəm, sən getdiyin gün, düşündüm ki, dünyadan ən sonuncu nəcib adam gedir. Alicənab, sevilən. Tələbələrinin, ətrafının hansı işdən asılı olmayaraq, düşdüyü bütün mühitlərin, danışdığı bir dəfə olsun təmasda olduğu insanların yaddaşında necə işıqlı qaldığını duyuram.
Bəlkə də dünya dərdlərində daşa dönmüş insanlar üçün, çox sentimental görünəcək olan, yazımı yazmağa başlayıram.
Dayı evin ən sevimli qonağı olur bu həmişə belədir. Bacılar qardaşların çox sevər bu da yenilik deyil.
Suhb tezdən anam o başdan oyanıb sənə qüvvət duası oxuyur. Böyük nənənizin öyrətdiyi duaları pıçıldayır. Yəqin duyursan. Hər gəlib gedəndən səni soruşur… Ağırlq ürəyimə yol alandan sənin işıqlı xatirən mənə yol göstərdi. Son söhbətimiz yadıma düşdü. Sevinirəm ki, yazılarlma münasibət bildirərdin. Sevinirəm ki, mən sənin sevgini qazana bilmişdm.. Adın gələndə həmişə fəxr etdiyim dayım. Çalışdım hər an səni ucaldan işlər görüm. Bilmirəm nə qədər bacardım. Yalnız mən bu gün bundan belə danışmaq istəmirəm. Mənim üçün sən başqa tərəfdən kəşf olundun. Birinci hər kişi sevə bilmir. Özü də bir ömür boyu. Sevginin gözəlliyi məni düşündürdü. Müzəyyan xanımın, sənin gözəl ömür gün yoldaşının naləsi hələ də qulaqlarmda. Bu hər kişinin işi deyil. Özü dünyadan gedib sevgisini dünyada qoymaq. Hə mən bu gün ölümdən yox sevgidən yazmaq istəyirəm. Çünki o qədər dünyada yaşaya–yaşaya təmiz sevgisini itirən bunəvalar var ki, sevgisini həyat qanunlarına satan, satqınlarln yaşadığı mühitdə, ürəkdən ümid, candan sevgi alıb qaçan nadanların, özünü ziyalı kimi, şair kimi, yazar kimi qələmə verib, nadanların olduğu bu qarışıq dünyada bunu hər insan edə bilməzdi.. Sən etmişdin. Həmişə birgə gözəl xoşbəxt yaşamaq azdır məgər. İtkini bölüşməyə gəldyimdə Müzəyyan xanımın səsi hələ də qulaqlarımda.
Unutqanlıq qocalığın qardaşı imiş
Səhər səni gözləmədim, getdim, ağladın ..
Göz yaşları boğdu səni, titrətdi səni
Qəzəbini ürəyində boğub saxladın
Gəl incimə, bircə dənəm, olan işdi bu.
Küsməyimiz yaz yağışı, ötəri bir səs.
Bir-birinə canı–dildən bağlananları
Bir inciklik bir–birindən ayıra bilməz.
Ağlama gəl, saxla görək göz yaşlarını,
Hələ mənə çox nəğmələr söyləyəcəksən.
Bircə şeyi düşünürəm xəyal içində,
Bu dünyadan mən köçəndə neyləyəcəksən?
Aqşın Baba
Qibtə ediləsi bir sevgi. Uzun illərin sevgisi. Ta məktəb illərindən. Görüb sevdiyin məktəbinizin ən gözəl qızı. Düzdür yoxluğunun çox pis tərəfi onu tək qoymağın oldu. Bəlkə də ilk vəfasızlığın bu sayıla bilər. Nə biim bilmirəm ki, bu dünyada böyük sevgi yaşamadım deyə indi sevinim yoxsa kədərli olum. Yalnız sizin kimi sevənlər olmasa dünyada sevgi olmazdı. Yalan dünya adını, axı bu dünyaya ülvi hissləri yaşaya bilməyənlər verib. Sən ki, bilirsən. Əgər ki, bu gün biz sevgidən danışırıq. Onda atan Əlisəttar Babayevin və onun dörd bir-birindən ağıllı, istedadlı övladlarlndan danışmaq mütləqdir. Babam Əlisəttar Babayev rəssam idi, incəsənət adamı. Onun tar çalışı və mənə Fizulidən şeirlər dedirtdiyi günlər bu gün kimi yadımda. İki qız iki oqlan övladına. Tamaşadan adlar qoymuşdu. Azərbaycan teatr inkşafnda böyük xidmətləri olan bu gözəl insan. Övladlarına səhnədə oynadığı rollarından adlar qoyur. Aqşin, Sevil, Ofeliya, Elxan. Elxan dayım Konservatoriyanın prorektoru vəzifəsinə qədər gəlmiş. Ömrünün çox hissəsini vətənini qürbətdə təmsil etmiş. Dövrünün tanınıb, seçilən musiqiçi alimlərindən idi. Gözəl ailə başçısı idi. 54 yaşında uzun müddət əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişdi. Bu sənə böyük bir sarsıntı oldu. Onu konservatoriyadan yola saldıqda çıxışın indiyə qədər yaddaşımda. Görüşəcəyik demişdin.
Sənin Nazim Hikmət sevgin bir devrimdir. Sənin ömrün onu araşdırmaq, onu dünyaya çatdırmaq oldu. Ayaqüstə gəzən kitab, ətrafına nur saçan ziyalı idin. Səni sevgiylə dinlərdilər. Bu gün mən sənin sevgi və doğmalığından yazdım. Sənin iş fəaliyyətindən, vətənə sadiqliyindən hamı xəbərdardır.
Mən dünyanın bu yanlı o yanlı sevgisinə də inanan adamam. Biz tərəflərdə dayıya dayday deyərlər. Mənim üçün sən beş yaşımın xatrəsində bağda istidən, nənəmin sevgisizliyindən darıxdığımda gülərüzünlə mənə əlifba kitabı gətirən bir adam idin. Mənim daydayım.
Yanlmda oturub ilk hərfi mənə tanıdan. A hərfindən başlayan əlifbanın baş hərfi idin. Yəni bunun altında bacı balasının oxumasını istəyən bir qardaş arzusu yatırdı. Genetik kodun həmişə insan həyatına təsiri olub. Oxuduğum Universitetdə dərs deyirdin. Bir gün yalnışlıqla dərs dedyin sinifə girdim. Sevindin, hamıya bacımın qızıdır deyirdin. Səni incitməyim deyə əlaçı bitirdim Universiteti. Müəllimim olmadın, yox. Amma bir müddət kolleqa olduq ikimiz də İncəsənət qimnazıyasında dərs dedik. Onda bir dəfə bir gün ikimiz uşaqlara eyni vaxtda dərs keçdik. Diqqətlə qulaq asırdın, sevinirdim mənimlə fəxr edirsən dayday.
Mənə sənin gülərüzünü, başımın üstündən kölgəni, ümidimi, itirmək çox çətindi. Çünki mənim sənə hələ deyilməyən sözüm var idi. Bu dünya sevgi yeri deyilmiş.
Haqqın dərgahında görüşənədək. Bu tayda gözəl aldandıq dayday. Sənin bu dünyada qoyduğun ad. Tələbələrinin ürəyinə əkdiyin ümid. Dünyaya yaxşılıq səpməyin çox gözəl. Ölümün gözəli olmur ,sevgisi olmur. Ölüm ayrılıqdır. Ayrılıq isə ağır xəstəlikdir dayday.
Mən bu yazını anamın başı ucunda ona keşik çəkə-çəkə yazıram. Sənin bacının içində köz olan sevginə də keşik çəkirəm haqqa qovuşunca. Adına keşik çəkəcəm. Söz verirəm. Görüşəcəyik.
Aysel Fkrət