Nadir İsrafilov: – Strateji sahələr üzrə milli kadrların yetişdirilməsi… ikili diplom nədir?

Təhsil üzrə ekspert: “Bu proqramın tətbiqi təhsil alanlara həm işlə təmin olunmaq, həm də təhsildə fasiləsizlik prinsipinin reallaşdırılması baxımından əlavə imkanlar açacaq”

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi universitetlərdə müvafiq ixtisaslar üzrə tədris proqramları xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanacaq”.

Bu sözləri təhsil üzrə ekspert Nadir İsrafilov 2019-2023-cü illərdə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyini artırmaq üçün qəbul edilən yeni dövlət proqramını PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, 2019-2023-cü illərdə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyini artırmaq üçün yeni dövlət proqramı qəbul edilib. Təhsil naziri Ceyhun Bayramov bu proqramın təfərrüatlarını açıqlayıb. Nazir xarici ölkələrlə ikili diplom proqramlarına üstünlük veriləcəyini və xaricdə doktorantura oxumaq istəyənlərə maliyyə dəstəyi göstəriləcəyini vurğulayıb.

 

Təhsil naziri Ceyhun Bayramov məlumat verib ki, xaricdə təhsil proqramının ikinci mərhələsi həyata keçiriləcək. Artıq proqramın əhatə edəcəyi prioritet sahələr də müəyyənləşdirilib. Yeni proqram universitetlərin xarici ölkələrlə ikili diplom proqramına cəlb edilməsini və doktorantura pilləsində xaricdə təhsil almaq istəyənlərin maliyyələşdirilməsini əhatə edəcək.

İndiyədək 3558 nəfərin dövlətin maliyyə dəstəyi ilə xarici ölkələrin ən nüfuzlu təhsil müəssisələrində təhsil aldığını deyən Nazir onların Vətənə qayıtdıqdan sonra burada iş imkanları məsələsinə də toxunub. Ceyhun Bayramov bunun üçün bir sıra güzəştlərin tətbiq olunduğunu və prosesin davam etdiyini vurğulayıb.

Nadir İsrafilov: “Beynəlxalq ikili diplom proqramlarının təsis edildiyi Azərbaycan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilməsininə şərit yaratmaqla yanaşı, ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından da faydalı olacaq”.

İkili diplomların bir çox üstünlüyünü sadalayan təhsil üzrə ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, ikili diplomlar Universitetlərin rəqabət qabiliyyətini artırırmaqla yanaşı, tədris proqramlarının beynəlmiləlləşməsi, ali təhsil müəssisəsinin Ümumavropa məkanına daxil olması, tədris proqramlarının təkmilləşdirilməsi və keyfiyyətinin təmin olunması, metodik və araşdırma fəaliyyətinin keyfiyyətinin artırılması, universitetdə infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi, Boloniya prosesindən irəli gələn dəyişikliklərin təcrübədə qavranılmasına kömək edəcək:

““Azərbaycan Prezidenti İlham Əliyevin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 16 noyabr 2018-ci il tarixli Sərəncamına əsasən, beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi universitetlərdə müvafiq ixtisaslar üzrə tədris proqramları xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanacaq.

 

Bu gün Azərbaycanın təhsil sektorunda aparılan islahatlar Avropa təhsilinə inteqrasiyanı xeyli sürətləndirib. Qeyd edək ki, inteqrasiya sahəsində praktik fəaliyyətin əsasında duran məsələlərdən biri xaricdə təhsil, digər isə ikili diplom istiqamətidir. İkili diplom proqramları əslində “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın bir növ davamı olub, Azərbaycan vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə hazırlanıb.

Nadir İsrafilov: “Bu forma birgə inteqrasiya olunmuş təhsil proqramını həyata keçirən iki və daha çox universitet tərəfindən rəsmi şəkildə verilən iki və ya daha çox milli diplomdur”.

Bu forma birgə inteqrasiya olunmuş təhsil proqramını həyata keçirən iki və daha çox universitet tərəfindən rəsmi şəkildə verilən iki və ya daha çox milli diplomdur.

İkili diplomlar Universitetlərin rəqabət qabiliyyətini artırırmaqla yanaşı, tədris proqramlarının beynəlmiləlləşməsi, ali təhsil müəssisəsinin Ümumavropa məkanına daxil olması, tədris proqramlarının təkmilləşdirilməsi və keyfiyyətinin təmin olunması, metodik və araşdırma fəaliyyətinin keyfiyyətinin artırılması, universitetdə infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi, Boloniya prosesindən irəli gələn dəyişikliklərin təcrübədə qavranılmasına kömək edəcək.Avropa Birliyinin birgə diplomların tanınması (qəbul edilməsi) ilə bağlı tövsiyələrində qeyd olunur ki, birgə diplom ikidən az olmayan universitet və ya universitet ilə universitetlər tərəfindən və ya digər müəssisələrin yardımı ilə hazırlanan və ya həyata keçirilən təhsil proqramı əsasında fəaliyyət göstərən digər müəssisə tərəfindən verilən birgə diplom kimi başa düşülməlidir. Bu, tələbələrə Avropa, eləcə də dünya universitetlərinə açılmaq üçün əlavə üstünlüklər yaradır.

Nadir İsrafilov: “Beynəlxalq ikili diplom proqramlarının təşkili və proqramda nəzərdə tutulan digər vəzifələrin reallaşdırılması xarici ali təhsil müəssisələrində çalışan azərbaycanlı mütəxəssislərin beynəlxalq ikili diplom proqramlarının təsis edildiyi Azərbaycan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilməsininə şərit yaradacaq”.

Ölkəmizdə bu istiqamətdə artıq müəyyən təcrübə var. Bildiyim qədər məsələn, Azərbaycan Turizm və Menecment Universiteti bir neçə il öncə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə ikili diplom üzrə müqavilə imzalayıb.

Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İstanbul Texniki Universiteti arasında inşaat mühəndisliyi ixtisası üzrə bakalavr pilləsi üçün ikili diplom protokolu əldə olunub. 2018/2019-ci tədris ili üzrə UNEC-in Dünya İqisadiyyatı, Maliyyə, Mühasibat, İqtisadiyyat və Biznesin idarəolunması ixtisasları üzrə 2-ci kurs tələbələri 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəkləri barədə də xəbərlər yayılıb. Yəni, kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr UNEC-ə qayıdaraq təhsillərini 4-cü kursdan davam edəcəklər. Habelə, Qərb Universiteti , “Xəzər” və bir neçə digər Universitetlərin də tələbələrə bu kimi proqramlar təklif etməsi barədə məlumatlar var.

Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən Azərbaycanın ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili və proqramda nəzərdə tutulan digər vəzifələrin reallaşdırılması xarici ali təhsil müəssisələrində çalışan azərbaycanlı mütəxəssislərin beynəlxalq ikili diplom proqramlarının təsis edildiyi Azərbaycan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilməsininə şərit yaratmaqla yanaşı, ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından da faydalı olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.