… “Nəsimi ili”nin başa çatmasına sayılı günlər qalır. Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər Nəsimi poeziyası, zəngin irsi, böyük mütəfəkkirin fəlsəfi ideyalarının geniş təşviqi baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir.
… “Nəsimi ili”nə verilən ən böyük töhfələrdən biri Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrdir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşən bu tədbirlər dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək baxımından olduqca zəngin ictimai təqdimatdır.
… Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinə böyük məhəbbət və xüsusi qayğı Mehriban Əliyevanın fəaliyyətində mühüm yer tutur. Mehriban xanım 2019-cu ildə Böyük söz ustadının dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədilə geniş və əhatəli proqram xarakterli tədbirlər həyata keçirib.
… Mehriban xanım Əliyeva “Nəsimi ili”ni tamam başqa tərzdə, klassik sənətin və müasirliyin harmoniyasını yaradan baxımlı formada cəmiyyətə təqdim etdi. Dahi mütəfəkkirin anadan olmasının 650 illiyinə həsr olunan çoxsaylı layihələr dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları Nəsimi ideyası ətrafında vahid platformada bir araya gətirdi.
…. Mehriban Əliyevanın ideyası olan Nəsimi festivalının Bakıda ən yüksək formatda və bənzərsiz orijinal üslubda keçirilməsi də “Nəsimi ili”nə rəngarənglik gətirdi. Oktyabrda Heydər Əliyev Mərkəzində təşkil olunan II Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı dahi sənətkarın zəngin irsinin təşviqində mühüm rol oynadı. Bu layihə İmadəddin Nəsiminin şeir dünyasının ümumbəşəriliyi, şairin müasir dövrlə səsləşən ruhunu nümayiş etdirdi.
… Heydər Əliyev Fondunun birbaşa dəsətyi ilə “Nəsimi ili” təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində yüksək səviyyədə qeyd olundu, müxtəlif tədbirlər, konsert proqramları keçirildi, böyük şairin şeirləri digər dillərə tərcümə olunaraq kitabları çap edildi.
… Müxtəlif ölkələrdə, Hindistan, Macarıstan, Rusiya, İsrail, Finlandiya, Serbiya və digər ölkələrdə Nəsimi irsinin geniş təşviqinə həsr olunmuş layihələr ustad sənətkara olan dərin ehtiramın nümunəsi olmaqla yanaşı, Azərbaycanın zəngin ədəbi xəzinəsinin dünyaya təqdim edilməsində əvəzsiz rol oynamaqdadır. Okeanın o tayında – Amerikada “Nəsimi ili”nin yüksək coşğu ilə qeyd olunması isə Azərbaycanın söz xəzinəsinin qlobal təqdimatında müstəsna əhəmiyyət daşıdı. Bu tədbirlər bir daha Azərbaycanın Birinci xanımının Azərbaycan mədəniyyəti, incəsənəti və ədəbiyyatının dünyaya tanıdılmasında yorulmaz fəaliyyətinin nümunəsidir.
… “Nəsimi ili”nə verilən ən böyük töhfələrdən biri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə arazisində bir gün ərzində 650.000 ağacın əkilməsi oldu. Bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyətin nümayəndələrinin, xüsusilə də gənclərin və könüllülərin qoşulması aksiyanın ictimai əhəmiyyətini daha da artırdı. Mütəfəkkir şairin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, onun xatirəsinin bu kontekstdə genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsi ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfədir.
Vaqif Abdullayev, Siyasi elmlər doktoru,
professor, YAP Siyasi Şurasının üzvü.
