3 iyun 2019-cu il Gəncə Mərkəzi kitabxananın oxu zalında Tərifə Abbasovanın təşkilatçılığı və N.Rəfibəyli adına 43 saylı tam orta məktəbin bir qrup şagirdlərinin iştirakı ilə Şərqin dahi şair və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “Cahana sığmayan şair” adlı ədəbi-bədii kompozisiya keçirilib.
Respublikamızın Prezidenti İlham Əliyev cənablarının İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycanda “Nəsimi ili”nin elan olunması haqqında sərəncamlarına əsasən keçirilən bu tədbirdə teatrşünas-tənqidçi Anar Bürcəliyev, azad jurnalist İmamverdi Vəliyev, Gəncə Dövlət Dram Teatrının aktyorları, N.Rəfibəyli adına 43 saylı tam orta məktəbin bir qrup müəllim və şagirdləri, oxucular və digər qonaqlar iştirak ediblər.
Tədbir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanmış sərgiyə baxışla başlayıb. Teatrşünas-tənqidçi Anar Bürcəliyev çıxışında Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsindən danışaraq belə mədəni-kütləvi tədbirlərin məktəblilərin maarifləndirilməsindəki əhəmiyyətini qeyd edib. Məktəblilərin ifasında qəzəllərin və ədəbi-bədii kompozisiyanın təqdim edilməsinə görə tədbirin təşkilatçılarına və uşaqlara təşəkkürünü bildirdi. 43 nömrəli tam orta məktəbin şagirdləri Nəsiminin qəzəlləri əsasında “Haqq mənəm” adlı ədəbi-bədii kompozisiya göstəriblər. Gəncə Dövlət Dram Teatrının aktrisası Rəhilə Məmmədova Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri olduğunu diqqətə çatdırıb.
MKS-nin direktoru Elmira Əliyeva Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinin Azərbaycan mədəniyyətinə və incəsənətinə verilən yüksək qiymətin göstəricisi olduğunu vurğulayıb və bəşəri dəyərlərə ehtiram bəslənməsi baxımından şagirdlərin fəaliyyətini yüksək qiymətləndirib.
Tədbirdə “Nəsimi” filmindən fraqment izlənilib, “Hardasan” qəzəlinin ifa olunduğu fraqment nümayiş olunub, şah və vəzirin olduğu səhnə canlandırılıb, qəzəllərinə yazılmış musiqi parçaları səsləndirilib.
Respublikamızın Prezidenti cənab İlham Əliyevin 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsinin böyük əhəmiyyət daşıdığını vurğulayan məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Vəfa Əliyeva deyib ki, xalqımıza ən böyük töhfə olan bu ildə gənclər şairi daha geniş mənada tanıyırlar.
Ardınca Nəsimin yaradıcılığında özünəməxsus yer tutan “Nigarım, dilbərim”, “Yanaram”, “Mərhəba”, “Hardasan”, “Məndə sığar iki cahan” şeir və qəzəlləri şagirdlərin ifasında səsləndirilib.
Tədbir xatirə şəkillərinin çəkilişi ilə başa çatıb.
Posted by Gencemks Oxuzali on Monday, June 3, 2019
Posted by Gencemks Oxuzali on Monday, June 3, 2019