“The Astronomical Journal”da yer alan tədqiqat işinə əsasən, astronomlar kütləsi Yupiterdən 3 dəfə böyük olan Kepler-88 d planetini aşkar ediblər.
“Kosmik pəhləvan” Kepler-88 sistemində, Yer kürəsindən 1243 işıq ili məsafədə yerləşir.
Planet öz ulduzu ətrafında hər dörd ildən bir dövr edir. Onun orbiti yumru deyil, elliptikdir. Bu Kepler-88 sistemində aşkar edilmiş dördüncü planetdir. Alimlər əmindirlər ki, kəşf bu planetlərin qarşılıqlı təsirini daha yaxşı öyrənməyə imkan verəcək.
Qeyd edək ki, astronomların yeni planeti aşkar etməsinə altı il vaxt sərf olunub. Belə ki, onlar bu illər ərzində məlumatları KEK 1 teleskopundan yüksək ayırdetmə dəqiqlikli HIRES spektrometri vasitəsilə tədqiq ediblər.