Nə qədər tələbə təqaüd alır? – Nazirlik AÇIQLAYIB

Azərbaycanda dövlət və özəl universitetlərdə müxtəlif növ təqaüdlər – akademik müvəffəqiyyətə, sosial vəziyyətə və xüsusi nailiyyətlərə əsaslanan təqaüdlər mövcuddur.

2024-2025-ci tədris ilin I semestri üzrə universitetdə təhsil alan tələbələrin neçə faizi təqaüd alır?

Etmtv.news xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən cavab olaraq bildirilib ki, 2024-2025-ci ilin birinci semestri üzrə bakalavr və magistr səviyyəsində təhsil alan tələbələrin 42%-i təqaüd alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.