“Nə? Harada? Nə zaman?” yarışının Gəncə şəhər açıq kubok oyunu keçirilib

Elm və Təhsil Nazirliyinin dəstəyi, Kapital bank və “Təhsil Oyunları Platforması”nın təşkilatçılığı ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin komandaları arasında “Nə? Harada? Nə zaman?” yarışının Gəncə şəhər açıq kubok oyunu keçirilib.
29 komandanın iştirak etdiyi yarışda Goranboy rayon Faxralı kənd tam orta məktəbinin “Zəngəzur” komandası I yerə, Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin “Dragonlar” komandası II yerə, Gəncə şəhər 32 nömrəli tam orta məktəbin “Mübariz” komandası isə III yerə layiq görülüb.
Qalib komandalara sertifikat və müxtəlif hədiyyələr təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.